Icma.az
close
up
RU
Ermənistan parlamenti Seyran Ohanyanı və Artsvik Minasyanı toxunulmazlıqdan məhrum etdi

Ermənistan parlamenti Seyran Ohanyanı və Artsvik Minasyanı toxunulmazlıqdan məhrum etdi

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Ermənistan parlamenti müxalif "Hayastan" fraksiyasının rəhbəri, sabiq müdafiə naziri Seyran Ohanyanı və fraksiyanın katibi Artsvik Minasyanı deputat toxunulmazlığından məhrum edib.

Oxu.Az bu barədə erməni KİV-lərinə istinadən xəbər verir.

Bildirilir ki, parlamentdə keçirilmiş gizli səsvermə nəticəsində 107 deputatdan 59-u qərarın lehinə səs verib, əleyhinə səslər qeydə alınmayıb.

Baş prokuror Anna Vardapetyan tərəfindən təqdim olunan vəsatətdə hər iki deputata qarşı konkret ittihamlar irəli sürülüb. Onların cinayət məsuliyyətinə cəlb olunması üçün toxunulmazlıqlarının ləğvi tələb olunurdu.

Ohanyan 2010-2015-ci illərdə müdafiə naziri vəzifəsində çalışdığı dövrdə Gegarkunik vilayətinin Draxtik kəndindəki "Sevan" milli parkı ərazisində 10.5 min kvadratmetrlik torpaq sahəsini qanunsuz olaraq mənimsəməkdə və həmin ərazidə malikanə tikdirməkdə ittiham olunur. İstintaqın versiyasına görə, bu mülkiyyət faktiki olaraq Ohanyana məxsusdur, lakin rəsmi qeydiyyatda onun adına deyil.

Seyran Ohanyan bu işi "siyasi şou" adlandırıb və səhhəti ilə əlaqədar rehabilitasiya mərkəzində müalicə aldığı üçün parlament müzakirəsində iştirak etməyib.

İttihama əsasən, Artsvik Minasyan 2016-2018-ci illərdə təbiəti mühafizə naziri vəzifəsində çalışarkən qanunsuz tikinti ilə bağlı məlumat verməli olsa da, bunu etməyib. Baş prokurorun sözlərinə görə, bu, istintaqın qarşısında əlavə çətinliklər yaradıb. Həmin malikanə sonradan ictimai istifadəyə keçməsi nəzərdə tutulan investisiya proqramına da daxil edilib.

Minasyan parlamentdə öz mövqeyini müdafiə edib və irəli sürülən ittihamlarla razılaşmadığını bildirib.

Qeyd edək ki, hər iki siyasətçi "Hayastan" fraksiyasının tanınmış üzvləridir və hazırkı hökuməti tənqid edən əsas siyasi fiqurlardan hesab olunurlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 İyul 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see764

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see143

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see140

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see137

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri