Icma.az
close
up
RU
“Avropa Plus” qrupu yaradılır?

“Avropa Plus” qrupu yaradılır?

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

London sammitində aparılan müzakirələrin pərdəarxası...

Böyük Britaniyanın paytaxtı Londonda Ukraynaya həsr olunmuş sammit hazırda beynəlxalq gündəmin əsas mövzularından biridir. Sammitdə Almaniya, Danimarka, İspaniya, İtaliya, Kanada, Niderland, Norveç, Polşa, Rumıniya, Finlandiya, Fransa, Çexiya, İsveç liderləri, habelə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen, Avropa İttifaqı  Şurasının sədri Antoniu Koşta, NATO-nun Baş katibi Mark Rütte və Ukrayna Prezidenti Zelenski qatılıb. Türkiyəni görüşdə xarici işlər naziri Hakan Fidan təmsil edib. Tədbir ərəfəsində bildirilirdi ki, müzakirələrin əsas mövzusu Ukraynanın mövqeyinin gücləndirilməsi, o cümlədən Kiyevə hərbi təchizat və Rusiyaya iqtisadi təzyiqlərin artırılmasıdır.

“Potensial atəşkəsin əsası güclü təhlükəsizlik təminatları olmalıdır”

Tədbirə ev sahibliyi edən Böyük Britaniyanın Baş naziri Kir Starmer sammit iştirakçılarına müraciət edərək, bu görüşü Avropanın təhlükəsizliyi üçün nəsillər boyunca bir dəfə baş verə biləcək an kimi qiymətləndirib. O, həmçinin qeyd edib ki, Ukrayna üçün ədalətli sülh əldə edilməsi bütün Avropa ölkələrinin təhlükəsizliyində həyati əhəmiyyət daşıyır.

Görüşdən sonra Ukrayna Prezidentinin rəsmi saytı məlumat yayıb ki, Kiyev ilə Rusiya arasında potensial atəşkəsin əsası güclü təhlükəsizlik təminatları olmalıdır: “Potensial atəşkəsin əsası mütləq güclü təhlükəsizlik təminatları olmalıdır. Xüsusilə, Ukrayna ordusunun təhlükəsizliyinin və gücləndirilməsinin təminatlarından biri kimi Şimali Atlantika Müqaviləsi mexanizmlərinin cəlb edilməsi imkanları nəzərdən keçirilir”. Eyni zamanda, Ukrayna Prezidentinin mətbuat xidməti qeyd edib ki, atəşkəs rejiminin başlanması əsirlərin dəyişdirilməsi və uşaqların geri qaytarılması ilə başlamalıdır. “Bu, Rusiyanın sülhlə bağlı əsl niyyətini nümayiş etdirəcək addımdır”, - deyə mətbuat xidməti əlavə edib.

Zelenski isə görüşdən sonra sosial şəbəkə hesablarında bəyan edib ki, Rusiya ilə Ukrayna arasında müharibənin tənzimlənməsi istiqamətində ədalətli sülhün əldə edilməsi üçün bir sıra qərarlar hazırlanır: “Biz tərəfdaşlarımızla təhlükəsizlik təminatlarını və Ukrayna üçün ədalətli sülh üçün şərtləri müzakirə edirik. Yaxın vaxtlarda bir sıra mühüm görüşlər və qərarlar açıqlanacaq”. Prezident daha sonra qeyd edib: “Biz Ukraynadan, xalqımızdan, əsgərlər və mülki şəxslərdən güclü dəstəyi hiss edirik. Biz bütün dostlarımıza və tərəfdaşlarımıza Ukraynaya sabit və zəmanətli sülh gətirmək üçün göstərdikləri səylərə görə təşəkkür edirik. Ümumi güc gələcəyimizi qoruya bilər”. Zelenski, həmçinin ərazi güzəştləri müqabilində sülhün tərəfdarı olmadığını vurğulayıb.

Tusk: müzakirə edilməyib

Qeyd edək ki, sammitdə konkret qərarlar qəbul olunmayıb. Polşanın Baş naziri Donald Tusk da sammitdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, toplantıda  Aİ və NATO ölkələrinin liderləri Ukrayna üçün təhlükəsizlik təminatları, o cümlədən qoşunların göndərilməsi imkanları məsələsini müzakirə etməyiblər. Onun sözlərinə görə, toplantının iştirakçıları arasında Türkiyə və Kanada kimi ittifaqa daxil olmayan ölkələr olduğu üçün sammitin formatı xüsusilə Aİ səviyyəsində konkret qərarların qəbulunu nəzərdə tutmayıb. Baş nazir əlavə edib ki, Polşa Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin verilməsində ön sıralarda durmaq niyyətində deyil.

Birləşmiş Krallığın Baş naziri Kir Starmer isə sammitdən sonra keçirilmiş mətbuat konfransında müəyyən razılıqlara gəlindiyini bəyan edib. Starmer ilk növbədə, liderlərin yaxın zamanda yenidən görüşmək barədə razılığa gəldiklərini açıqlayıb. Onun sözlərinə görə, məqsəd “hərəkət tempini qorumaq” və ümumi plan üzərində işi davam etdirməkdir. Starmer çıxışında dünya liderlərinin ciddi bir seçim qarşısında olduğunu vurğulayıb: “Bu gün biz tarixin dönüş nöqtəsindəyik. Artıq boş danışmağın vaxtı deyil - hərəkət etmək və ədalətli, dayanıqlı sülhün əldə olunması üçün yeni plan ətrafında birləşmək zamanıdır”.

Avropa ABŞ-ın dəstəyinə ehtiyac duyur

Böyük Britaniya, Fransa və digər ölkələrin Ukrayna ilə birgə atəşkəs planı üzərində işlədiklərini bildirən Starmer qeyd edib ki, bu plan ABŞ-la da müzakirə olunacaq və müttəfiqlər tərəfindən birlikdə icra ediləcək.

O qeyd edib ki, sammitdə 4 əsas məsələ razılaşdırılıb. Birincisi, müharibə bitənə qədər Kiyevə hərbi dəstək göstəriləcək, eyni zamanda Rusiyaya qarşı iqtisadi təzyiqlər artırılacaq. İkincisi, Ukraynanın suverenliyi təmin olunmalıdır. Hər hansı sülh razılaşması Kiyevin təhlükəsizliyini və suverenliyini qorumalı, Ukrayna müzakirələrin tamhüquqlu iştirakçısı olmalıdır. Üçüncüsü, Avropa Rusiyanın Ukraynaya qarşı yeni hücumlarını əngəlləmək üçün tədbirlər görəcək. Dördüncüsü isə  Ukraynanın müdafiəsi və sülhün təmin olunması üçün xüsusi beynəlxalq koalisiyanın - “Könüllülər koalisiyası”nın  yaradılmasıdır.

Starmer Avropa ölkələrinin Ukraynaya real dəstək göstərməli olduğunu vurğulayıb: “Avropa çətin işi görməlidir. Biz Avropanın bu məsələdə üzərinə düşəni edəcəyini təmin edəcəyik. Amma bu plan ABŞ-ın dəstəyinə ehtiyac duyur”.

Böyük Britaniya Kiyevlə 2 milyard dollarlıq saziş imzalayıb

Baş nazir onu da bildirib ki, Böyük Britaniya Ukrayna ilə Kiyevin hərbi satınalmalar, o cümlədən HHM raketləri üçüb 2 milyard dollar alacağı yeni saziş imzalayıb: “Bu gün Ukraynaya Belfastda istehsal olunacaq 5 mindən çox hava hücumundan müdafiə raketi almaq üçün 1,6 milyard funt-sterlinq (2 milyard dollar - red.) istifadə etməyə imkan verən yeni iqtisadi razılaşmanı elan edirəm”. Onun sözlərinə görə, bu saziş həmçinin Böyük Britaniyanın müdafiə sektorunda iş yerlərinin yaradılmasına da yol açacaq: “Bu, kritik infrastrukturun qorunması və Ukraynanın möhkəmləndirilməsi üçün həyati önəm daşıyacaq”.

Beləliklə, Avropa Kiyevə hərbi dəstəyin davam etdirilməsini nəzərdə tutur. Lakin nəzərə alaq ki, Britaniya Baş nazirinin qeyd etdiyi razılaşmalar konkret hüquqi sənəd formasında imzalanmayıb. Bu da gələcəkdə yeni fikir ayrılıqlarının olmayacağına təminat vermir. Eyni zamanda, London sammiti ABŞ-ın dəstəyi olmadan Avropanın bu münaqişənin həllinə nail ola bilməyəcəyinə dəlalət edir. “Bloomberg” nəşri də  Avropa rəsmilərinə istinadən məlumat yayıb ki, Böyük Britaniya və Fransa yaxın gələcəkdə Donald Trampa Ukraynada sülhməramlıların yerləşdirilməsində iştirak etməyə və təhlükəsizlik zəmanətlərini verməyə hazır olan “Avropa Plus” ölkələr qrupunun yaradılması təşəbbüsünü təqdim etmək niyyətindədir: “ABŞ-ın iki uzunmüddətli müttəfiqləri Britaniya və Fransa yaxın günlərdə Trampın dəstəyini qazanmaq üçün ona Aİ-yə daxil olmayan dövlətlərin, o cümlədən Kanadanın da daxil olduğu “Avropa Plus” qrupunu təqdim etmək niyyətindədir”.

N.BAYRAMLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Mart 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see330

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see280

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see235

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see231

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see228

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see225

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see224

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see223

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see222

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see218

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see211

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see208

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see201

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see201

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see192

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see188

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see187

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see187

Sumqayıtda ağır qəza: Chevrolet ağaca çırpıldı

24 Sentyabr 2026 00:33see170

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri