Icma.az
close
up
RU
Avropa təlaş içindədir: Ukrayna döyüş meydanında tək qalır?

Avropa təlaş içindədir: Ukrayna döyüş meydanında tək qalır?

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Bir neçə gün bundan öncə Ağ evdə Trampla Zelenski arasında gərgin keçən görüşdən sonra ABŞ-nin Rusiya – Ukrayna müharibəsi ilə bağlı mövqeyi konkret bəlli oldu. Elə həmin görüşdən dərhal sonra Amerika Dövlət Departamenti Ukraynaya müharibə ilə bağlı bütün yardımları dayandırdıqlarını bəyan etdilər”

Bunu Moderator.az-a açıqlamasında politoloq Yalçın Hacızadə deyib.

Onun sözlərinə görə, Amerikanın dəstəkdən imtinasından sonra Londonda Ukraynaya kömək üçün “Avropa sammiti” keçirildi:

 “Müzakirələrdən görünür kü, Avropanın Ukraynaya müharibə aparmaq üçün dəstək vermək imkanları yoxdur. Məsələ ancaq müharibə ilə bağlı atəşkəs razılaşması əldə edildikdən sonra atılacaq addımları özündə əks etdirir. Avropa ölkələrinin əsas narahatlığı atəşkəsdən sonra Rusiyanın hərəkətləri və ona Tramp hakimiyyətinin reaksiyasının necə olacağıdır. Yəni Avropa ölkələri Ukraynadan çox özlərinin gələcək talehi ilə bağlı qorxu içindədirlər. Ona görə ki, bu zamana kimi Amerika onların təhlükəsizlik qarantı olub. Lakin Tramp hakimiyyətə gəldikdən sonra ABŞ-nin İkinci Dünya müharibəsindən sonra formalaşan xarici və daxili siyasətini dəyişməyə çalışır.  Tramp həm daxili siyasətə həm də beynəlxalq münasibətlərə biznes prinsipi ilə yanaşır. Ona görə çox gözəl bilir ki, indiki məqamda Avropa ölkələrinin Amerika ilə əməkdaşlıq etməkdən başqa çıxış yolları yoxdur. Ona görə məcbur şəkildə onun tələbləri ilə razılaşaraq NATO-nun büdcəsinin formalaşmasında əlavə ödənişləri edəcəklər”.

Politoloq atəşkəsdən sonra Avropa silahlı qüvvələrinin Ukraynada yerləşdiriləcəyi məsələsində də hələki qaranlıq məqamların  çox olduğunu vurğulayıb.

Mühasibin fikirincə, Rusiya – Ukrayna müharibəsi zonası indi min kilometrə yaxındır. Eyni zamanda, Ukrayna – Belarus sərhəddini də əlavə etdikdə ümumi uzunluq  üç min kilometrdən çox olur:

“Bu qədər əraziyə sülhməramlı qüvvələrin yerləşdirilməsi üçün iki yüz minə qədər hərbiçi lazımdır. İndiki məqamda Avropa İttifaqına daxil olan ölkələrin özündə hərbiçi qıtlığı var. Böyük Britaniyanın hərbiçi sayı 70 minə yaxındır. Əlbəttəki, həmin ölkələr bütün silahlı qüvvələrini Ukrayanaya yerləşdirməyi düşünmürlər. Həmçinin, həmin hərbi qüvvələri silah və digər təzhizatla da təmin etmək gərəkəcək. Yəni bütün bunlar Amerikasız mümkün görünmür”.

Y.Hacızadə əlavə edib ki, Tramp demiş Zelenskinin əlində kart yoxdur:

“Avropa İttifaqının da onu təhlükəsizliyinə uzunmüddətli təminat verəcəyi imkanları mövcud deyil. Müharibənin əsas təchizatçısı olan Amerika da müharibənin dayanmasını istəyir və daha çox Putinin mövqeyindən çıxış edir. Putin də müharibə ilə bağlı danışıqlarda Amerikanı tərəf kimi görür. Çünki atəşkəs razılaşmasından sonra Rusiyaya qarşı tədbiq edilən sanksiyaların götürülməsini istəyir. Bu da Amerikasız mümkün deyil. 

Ukrayna müharibənin davam etməsini və ya özünün təhlükəsizliyinə təminat istəyirsə, ABŞ ilə münasibətlərini yenidən bərpa etməlidir. Ukraynanın tələblərinin heç bir prespekti yoxdur. Bu tələblərin də reallaşmasında Avropa İttifaqının mühüm rolu yoxdur”.

Mehin Mehmanqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://moderator.az
archiveBu xəbər 04 Mart 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see411

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see325

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see320

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see248

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see230

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see230

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see226

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see223

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see209

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see203

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see193

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see191

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see190

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see184

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see181

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see176

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri