Icma.az
close
up
RU
Avropa liderləri təlaş içindədir Parisdə təcili toplantı...

Avropa liderləri təlaş içindədir Parisdə təcili toplantı...

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"II Dünya müharibəsindən bəri Avropa ABŞ-nin təhlükəsizlik çətiri altnda hərəkət edib, lakin Tramp administrasiyası artıq tarazlığı pozub".

Ölkə.Az xəbər verir ki, bu sözlər BBC-nin şərhində deyilir.

Fransa Prezidenti Emmanuel Makronun Ukraynanın gələcəyini müzakirə etmək üçün Avropa liderlərini Parisə təcili görüşə çağırdığı xəbərdə öz əksini tapıb.

BBC təcili toplantını "Avropa təlaş içindədir. Bazar ertəsi günü Parisdə tələsik təşkil edilən təhlükəsizlik zirvəsi bunun sübutudur" sözləri ilə şərh edib.

"Hələ də ABŞ-nin Ukraynanın gələcəyi ilə bağlı Rusiya ilə apardığı müzakirələrə dəvət edilməmələrinin şokunu yaşayırlar. ABŞ Prezidenti Donald Tramp bazar günü açıqlamasında Rusiya Prezidenti Vladimir Putinlə çox yaxında görüşə biləcəyini söyləyib.

Avropa bu Paris iclası ilə Trampın 2 əsas tələbi məsələsində addım atmağı umur. Tramp hakimiyyətinin Avropa ilə münasibətləri ya da Avropanın müdafiəsini prioritet kimi görmədiyi reallığı ilə barışmaq məcburiyyətindədirlər", - deyə BBC yazır.

Qeyri-rəsmi sammitə Fransa, Böyük Britaniya, Almaniya, Polşa, İtaliya, İspaniya və Danimarkadan liderlər dəvət olunub. "Le Monde"nin məlumatına görə, dəvət edilən bütün liderlərin Makronun ev sahibliyi altında görüşəcəyi gözlənilir.

Avropanın Paris görüşündən sonra Vaşinqtona nümayəndə göndərməyi planlaşdırdığı bildirilir.

Məsələn, İtaliyanın baş naziri Corciya Meloni Tramp administrasiyasına yaxındır. BBC-nin məlumatına görə, Britaniyanın baş naziri Keir Starmer də yaxın bir neçə gün ərzində Vaşinqtona səfər etməyi planlaşdırır. Bu, Avropa və ABŞ arasında körpü yaratmaq üçün bir fürsət ola bilər. Paris sammiti həmçinin Böyük Britaniya və Avropa arasında "Breksit"dən sonrakı münasibətləri bərpa etmək imkanı yaradır.

Qeyd edək ki, D.Tramp Palm Beach beynəlxalq hava limanında mətbuata açıqlamasında Putinlə yaxın vaxtda görüşə biləcəklərini deyib. O, həmçinin söyləyib ki, Putin müharibəni sonlandırmaq niyyətindədir.

Xatırladaq ki, Trampın daha əvvəl rusiya-Ukrayna müharibəsi ilə bağlı aşağıdakı sülh planını təklif edib:
Rusiya müharibədə irəliləməyi dayandıracaq.
Avropa qoşunları yeni hərbi bufer zonası yaradacaq, lakin bu ərazidə ABŞ hərbçiləri olmayacaq.
Ukrayna NATO-ya daxil ola bilməyəcək, lakin 2030-cu ilə qədər Aİ-yə üzv ola biləcək.
Ukrayna Rusiyanın işğal etdiyi ərazilərin itirilməsi ilə barışacaq.
ABŞ Ukrayna ordusuna dəstəyini davam etdirəcək, lakin Aİ-nin sülh prosesində liderlik etməsini istəyəcək.
Lakin Zelenskinin komandası bu planın Rusiya propaqandası ola biləcəyini əsas gətirərək planı rədd edib.

Billurə Yunus

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://olke.az
archiveBu xəbər 17 Fevral 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri