Icma.az
close
up
RU
Rəsmi İrəvan təlaş içindədir

Rəsmi İrəvan təlaş içindədir

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistan rəhbərliyinin ağır cinayətə ucuz bəraət qazandırmaq cəhdi

Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın ədalət mühakiməsinə təqdim olunmuş təqsirləndirilən şəxslərə psixatrop maddələr verilməsi haqdakı gülünc bəyanatı bu ölkənin mühüm təlaş içində olduğunu göstərir. Həmin iddiaları şərh edən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Ermənistan baş nazirinin İctimai Televiziyaya verdiyi müsahibədə guya regional eskalasiyaya rəvac vermək məqsədilə separatçı rejimin nümayəndələrinə qarşı psixotrop maddələrin tətbiq olunması ilə bağlı səsləndirdiyi iddiaların heç bir əsası yoxdur və tamamilə gülüncdür.

Təqsirləndirilən şəxslərin bütün hüquqları lazımi qaydada təmin olunub

Ermənistanın baş nazirinin Azərbaycanda aparılan məhkəmə prosesinin üzərinə kölgə salmaq cəhdi əbəsdir. Ayxan Hacızadənin bildirdiyi kimi, təqsirləndirilən şəxslərin bütün hüquq və vəzifələri lazımi qaydada təmin olunub və izah edilib, bütün məhkəmə prosesi və ifadələri qeydə alınıb. Erməni tərəfinin apardığı böhtan kampaniyası öz təsdiqini tapmadı - Azərbaycanda məhbuslara qarşı qəddar rəftarla bağlı iddialar müstəqil şəkildə, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən araşdırılıb və bu iddiaların yalan olduğu təsbit edilib. “Ermənistan tərəfindən belə bir bəyanatın verilməsinin, bu ölkənin siyasi rəhbərliyinin bir zamanlar Azərbaycana qarşı təcavüz aktı və siyasətini davam etdirmək naminə bütün vasitələrlə açıq şəkildə dəstəklədikləri şəxslərin hazırda müharibə cinayətləri törətməkdə ittiham olunması ilə əlaqədar davam edən məhkəmə prosesi ilə bağlı nə qədər əsəbi olduğunu nümayiş etdirdiyi aydındır”, - deyə XİN rəsmisi vurğulayıb.

Bəlli olduğu kimi, Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə məhkəmə prosesi davam edir. Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməni əsilli şəxslər tərcüməçilərlə, müdafiə üçün vəkillərlə təmin edilib. Məlum cinayət işi üzrə 531 mindən çox zərərçəkmiş və onların nümayəndələri var. Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən törədilən cinayətlərdə təqsirli bilinən 15 nəfər, o cümlədən  Harutyunyan Arayik, Vardanyan Ruben, Qukasyan Arkadi, Sahakyan Bako, İşxanyan Davit, Babayan Davit, Mnatsakanyan Levon, Beglaryan Vasili, Qazaryan Erik, Allahverdiyan Davit və digərləri müxtəlif maddələrlə ittiham olunurlar. Onlar Azərbaycan əleyhinə hərbi və dövləti cinayətlər törətmiş şəxslərdirlər.

Yeri gəlmişkən, Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın məhkəmə prosesinin hazırlıq iclası yanvarın 27-də davam etdirilib. Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.

Ermənistan rəhbərliyinin əməlləri unudulmayıb

 “Üzdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını iddia edən Ermənistan baş nazirinin ölkəmizin ərazilərində saxladığı qondarma rejimi təbliğ etdiyini və 2 sentyabr 2023-cü il tarixində, nümayəndələrinin Azərbaycan tərəfindən məsuliyyətə cəlb edilməsindən bir neçə həftə əvvəl, separatçı xunta rejimini qondarma “müstəqillik” münasibətilə təbrik etdiyini heç kim unutmayıb. Ermənistanın işğalçı və təcavüzkar ölkə kimi dövlət məsuliyyəti və bir sıra qanunsuz əməlləri danılması mümkün olmayan faktdır. Beləliklə, bu əməllərdə təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb olunması, siyasi manipulyasiya ilə xələl gətirilə bilinməyəcək qədər haqq işidir”, - deyə A.Hacızadə bildirib.

Bəhs olunan müsahibədə separatçı rejimin nümayəndələrinə guya psixotrop maddələrin tətbiqinə dair iddialar, qeyd edildiyi kimi, Ermənistan rəhbərliyinin nə qədər əsəbi olduğunu göstərir. Narahatlıq nədən qaynaqlanır?

Əlbəttə ki, bu təlaş, əsəbilik əbəs yerə yaranmayıb. Qeyd edək ki, Arayik Harutyunyan ilk məhkəmə iclasında Gəncəyə raket atılması əmrini vermədiyini, belə bir səlahiyyətinin olmadığını deyib. Sitat: “Azərbaycan xalqı hesab edir ki, bu əmri mən vermişəm (Gəncəni vurmaq - red.). Bu qərarı mən verməmişəm. Bəli, bununla bağlı açıqlamam var idi. İndi bu açıqlamadan təəssüflənirəm və üzr istəyirəm. Mənim o hüququm, o səlahiyyətim, hətta fikir bildirmək imkanım da yox idi”. Arayik Harutyunyan əlavə edib: “Niyə o zaman belə açıqlama verdiyimi istintaq zamanı verdiyim ifadədə izah etdim”.

Faşist mahiyyətin növbəti ifşası

Arayik Harutyunyanın son açıqlamasına istinadən, Gəncəyə raket atılması əmrinin Ermənistan rəhbərliyindən gəldiyi qənaətini ifadə edə bilərik. Görünür, Bakıda keçirilən məhkəmə fonunda İrəvanın  siyasi elitasında çaxnaşma yaranması da elə bununla bağlıdır. Ermənistan rəhbərliyi məhkəmədə konkret adların çəkiləcəyindən bərk narahatdır və buna görə də “psixotrop maddə” versiyasını gündəmə gətirib. Çünki adlar çəkiləcəyi təqdirdə əmri verən şəxsin məsuliyyəti yaranacaq. Digər tərəfdən də, Ermənistanın faşist siyasəti növbəti dəfə ifşa olunacaq. Ermənistan rəhbərliyi məhkəmədə konkret adların çəkiləcəyi təqdirdə belə ifadələrin guya psixotrop maddənin təsiri altında anlaqsız verildiyini bildirəcək və bununla da məsuliyyəti öz üzərindən kənara atmağa çalışacaq. Lakin bu, ağır cinayətə ucuz bəraət qazandırmaq cəhdindən başqa bir şey deyil. Belə manipulyasiyalarla məsuliyyətdən qaçmaq əsla mümkün olmayacaq.  

Xatırladaq ki,  Vətən müharibəsi günlərində Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Mübariz ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 29 Yanvar 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see358

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see338

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see318

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see318

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see283

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see279

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see268

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see262

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see224

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see210

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see209

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see205

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see203

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see199

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see197

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see196

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see194

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see185

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see185

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri