Icma.az
close
up
RU
“Avropa real təsir gücünü itirir” “Cənubi Qafqaz siyasi korluğun güzgüsünə çevrilib”

“Avropa real təsir gücünü itirir” “Cənubi Qafqaz siyasi korluğun güzgüsünə çevrilib”

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ramiz Yunus: “Azərbaycan yalnız enerji mənbəyi kimi qəbul olunub və münaqişəyə obyektiv yanaşma göstərilməyib”

“Avropa İttifaqı və NATO-da müşahidə olunan dərin böhran adətən Rusiya–Ukrayna müharibəsi, qlobal iqtisadi qeyri-sabitlik, avtoritar rejimlərin güclənməsi və Donald Trampın böyük siyasətə qayıdışı kimi xarici amillərlə izah olunur”.

“AzPolitika” bildirir ki, bu barədə Xəzər Universitetinin professor, siyasi təhlilçi Ramiz Yunus “Facebook” hesabında yazıb.

Onun sözlərinə görə, bu yanaşma əsas problemi gizlədir: “Avropa böhrana ona görə düşüb ki, tarix, geosiyasət və güc rəqabətinin geri qayıdışına hazır olmayıb”.

Ramiz Yunus qeyd edib ki, Ukraynadakı müharibə böhranın səbəbi yox, sadəcə katalizatorudur. Belə ki, bu müharibə Avropada illərlə yığılıb qalan ziddiyyətləri, strateji infantilizmi və siyasi qərarların yalnız mənəvi sxemlər üzərindən verilməsini üzə çıxarıb.

Politoloq əlavə edib ki, uzun müddət Avropanın diqqətindən kənarda qalan Cənubi Qafqaz regionu Avropa siyasətinin sistemli səhvlərini, xüsusilə Azərbaycana və Ermənistan–Azərbaycan münaqişəsinə yanaşmadakı qüsurları aydın şəkildə göstərir.

Professor bildirib ki, Soyuq müharibədən sonra Avropa Frensis Fukuyamanın “Tarixin sonu” konsepsiyasına inanaraq postgeopolitik dünya illüziyasına qapılıb. Onun sözlərinə görə, liberal demokratiyanın qələbəsi ilə ideoloji qarşıdurmaların bitdiyi düşüncəsi Qərbin real strategiya qurmaq əvəzinə arxayınlaşmasına səbəb olub.

Ramiz Yunus vurğulayıb ki, nəticədə Avropa güclü normativ və tənzimləyici aktora çevrilsə də, real strateji subyekt ola bilməyib və bu gün yeni soyuq müharibə, silahlanma yarışı və qlobal münaqişə riskləri ilə üz-üzə qalıb.

NATO-nun böhranına toxunan politoloq qeyd edib ki, Avropanın təhlükəsizliyi hələ də ABŞ-dan asılıdır. Onun fikrincə, Donald Tramp bu asılılığı yaratmayıb, sadəcə onu açıq şəkildə sual altına qoyub.

Ramiz Yunus bildirib ki, Avropa nə vahid xarici siyasət iradəsi formalaşdıra bilib, nə də ABŞ dəstəyi olmadan qərar verməyə hazırdır.

Ukrayna müharibəsinə Avropanın yanaşmasını şərh edən professor vurğulayıb ki, Avropa dəyərlər və beynəlxalq hüquq dilindən istifadə etsə də, münaqişənin necə bitməli olduğu və bu prosesdə hansı rolu oynamaq istədiyi ilə bağlı aydın strategiya ortaya qoya bilmir. O qeyd edib ki, sanksiya siyasəti reaktiv xarakter daşıyır və Avropa mənəvi bəyanatlar, eskalasiya qorxusu və iqtisadi maraqlar arasında sıxışıb qalıb.

Cənubi Qafqazla bağlı danışan Ramiz Yunus bildirib ki, Avropanın regionda iştirakı formal xarakter daşıyır və real strategiya ilə müşayiət olunmur. Onun sözlərinə görə, Gürcüstan üçün təhlükəsizlik təminatları olmadan Avropa inteqrasiyası illüziyası yaradılıb, Ermənistan üçün asılılıq və viktimlik təşviq edilib, Azərbaycan isə yalnız enerji mənbəyi kimi qəbul olunub və münaqişəyə obyektiv yanaşma göstərilməyib.

Professor xüsusi olaraq Qarabağ məsələsinə diqqət çəkərək bildirib ki, Qarabağ ərazisi beynəlxalq hüquqa görə hər zaman Azərbaycana məxsus olub. O xatırladıb ki, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edib. Ramiz Yunus qeyd edib ki, rəsmi Bakı onilliklər boyu beynəlxalq hüquqa, danışıqlara və sülh yolu ilə həllə sadiq qalıb.

2020-ci ildə baş vermiş hərbi əməliyyatlara toxunan politoloq vurğulayıb ki, İkinci Qarabağ müharibəsi Azərbaycanın işğal altında olan ərazilərinə nəzarəti bərpa etməsinə imkan verib və bu qələbə ölkənin regional və beynəlxalq mövqelərini gücləndirib. Onun sözlərinə görə, bu gün Azərbaycanın sülh prosesində lider mövqeyi məhz həmin reallıq üzərində qurulub.

Ramiz Yunus bildirib ki, Azərbaycanın sülhə hazır olduğunu sübut edən faktlar mövcuddur. O, Azərbaycan və Ermənistan liderlərinin ABŞ Prezidentinin iştirakı ilə Ağ Evdə keçirdiyi görüşü və sülh sazişinin bütün maddələrinin paraflanmasını bunun nümunəsi kimi göstərib. Politoloq əlavə edib ki, Azərbaycan bölgədə infrastrukturun bərpası, qaçqınların qayıdışı və təhlükəsizlik zəmanətləri istiqamətində addımlar ataraq beynəlxalq hüquqa və humanitar standartlara sadiqliyini nümayiş etdirir.

Avropanın mövqeyini tənqid edən professor vurğulayıb ki, Aİ bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıyır, digər tərəfdən isə Ermənistanın köhnə narrativlərini dəstəkləməyə davam edir. Onun fikrincə, 1990-cı illərə aid xəritələrdən və terminologiyadan istifadə Avropanın obyektiv vasitəçi kimi etibarlılığını sarsıdır və Azərbaycan cəmiyyətində ədalətsizlik hissi yaradır.

Sonda Ramiz Yunus bildirib ki, Avropanın bu siyasəti Azərbaycanda Aİ-yə qarşı skeptisizmi gücləndirir, onun vasitəçilik imkanlarını zəiflədir və bölgədə digər güclər üçün boşluq yaradır. Onun sözlərinə görə, Avropa beynəlxalq hüquqdan seçmə şəkildə danışır, dəyərləri müdafiə etdiyini iddia etsə də, real təsir imkanlarını itirir.

Professor vurğulayıb ki, Cənubi Qafqaz Avropanın strateji korluğunun güzgüsünə çevrilib və Avropa liderləri nəhayət anlamalıdırlar ki, dünya yenidən tarix mərhələsinə qayıdıb, Avropa isə artıq mövcud olmayan bir dövrdə yaşamağa davam edir.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:23
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 22 Dekabr 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see296

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see258

Ermənistanın qapılarını taybatay açmaq “Vaşinqton görüşündən sonra Paşinyan nə edəcəyini bilmir”

20 Dekabr 2025 13:25see239

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see236

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see183

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see156

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see151

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see149

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see144

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see142

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see142

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see141

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see140

Putindən NATO baş katibinə sərt sözlər: Nə deyirsən, oxuyub yazmağı da bilmirsən?

20 Dekabr 2025 16:19see138

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see137

30 u adlayan dəyərlilər

20 Dekabr 2025 11:45see130

Polşanın Brüsseldəki konsulluğuna boya atılıb

20 Dekabr 2025 15:22see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri