Avropa Rusiyaya milyardlar ödəyib: Rəqəmlər açıqlandı
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak, Avropa İttifaqı ölkələrinin sanksiyalara baxmayaraq, 2022-ci ildən bəri Rusiyadan 320,7 milyard dollar (286,3 milyard avro) dəyərində neft və təbii qaz aldığını açıqlayıb.
“Cebheinfo.az” xəbər verir ki, Novak Avropa ölkələrinin yalnız bu ilin ilk doqquz ayında Rusiya nefti və təbii qazı üçün 21,3 milyard dollar ödədiyini bildirib:
"Başqa sözlə, sanksiyaların tətbiq etdiyi məhdudiyyətlərə baxmayaraq, istisnaların olduğu müəyyən ərazilərdə enerji resurslarını tədürük etməyə davam edirik”.
Qeyd edək ki, Aİ, Rusiyanın 2022-ci ilin fevral ayında Ukraynaya hücumundan sonra Moskvaya qarşı hərtərəfli sanksiyalar tətbiq edib.
Bununla belə, Fransa da daxil olmaqla bir çox ölkə enerji ehtiyaclarının bir hissəsini hələ də Rusiya mənbələrindən, xüsusən də mayeləşdirilmiş təbii qazdan (LNG) ödəyir. Slovakiya və Macarıstan kimi bəzi ölkələr boru kəmərləri ilə nəql edilən Rusiya neftini almağa davam etməyə imkan verən istisnalardan faydalanırlar.
Açıqlanan rəqəmlərə Hindistan və Türkiyə kimi üçüncü ölkələrdə emal edildikdən sonra dolayı yolla Avropaya çatan Rusiya nefti və təbii qazı daxil deyil. Çin də daxil olmaqla, bu üçüncü ölkələr 2022-ci ildən bəri Rusiya xam neftinin alışını əhəmiyyətli dərəcədə artırıblar.
ABŞ Prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə dizel yanacağının alınması ilə bağlı razılığa gəldiyini açıqlayıb.
Avropa ölkələrinin tənqidindən sonra ABŞ maliyyə naziri Skott Bessent bazar günü avropalıları "ikiüzlülükdə" günahlandırıb və deyib ki, Avropa ABŞ-ı dizel qiymətlərini azaltdığına görə tənqid etsə də, "Rusiya prezidenti Vladimir Putini maliyyələşdirməyə" davam edir.
Aİ-nin Rusiya Baş nazirinin müavini Novakın açıqlamalarına reaksiyası gecikmədi. Avropa Komissiyası 2022-ci ilin mart ayı ilə 2026-cı ilin iyul ayı arasında Aİ ölkələrinin 197 milyard avro (təxminən 220,6 milyard dollar) dəyərində neft və təbii qaz idxal etdiyini açıqlayıb.
Rusiya hazırda Aİ-nin ikinci ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) təchizatçısıdır və bazar payının təxminən 17 %-ni təşkil edir. ABŞ isə ən böyük təchizatçı kimi Avropanın LNG idxalının təxminən 60 %-ni təmin edir. Aİ-nin enerji siyasətinin tənqidçiləri xəbərdarlıq edirlər ki, bu dəfə İttifaq Rusiyadan deyil, ABŞ-dan asılı olacaq.
Novak həmçinin bildirib ki, Rusiya neft ixracatı bu ilin sonuna qədər müharibədən əvvəlki səviyyələrə qayıda bilər. Aİ sanksiyalarına Rusiya nefti və təbii qazı üçün fərqli şərtlər daxildir. Neft daşınmalarının boru kəmərləri vasitəsilə həyata keçirildiyi Slovakiya və Macarıstana Rusiyadan neft idxalına qoyulan qadağa çərçivəsində istisnalar verilib.
Təbii qaza gəldikdə isə, Rusiyadan Aİ ölkələrinə daşınmaların ən geci 1 noyabr 2027-ci il tarixinə qədər tamamilə dayandırılacağı gözlənilir. Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) idxalına qoyulan qadağa bu ilin sonunda qüvvəyə minəcək.
Nigar
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 14 Oktyabr 2026 17:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















