Icma.az
close
up
RU
“Avropa Siyasi Birliyi” 6 cı toplantısı, Azərbaycan diplomatiyasının uğuru kimi qiymətləndirilməlidir

“Avropa Siyasi Birliyi” 6 cı toplantısı, Azərbaycan diplomatiyasının uğuru kimi qiymətləndirilməlidir

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


"Prezident İlham Əliyevin Albaniya səfərinə iki aspektdən yanaşmaq lazımdır. Birincisi, Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenlə görüşü ilə demək olar ki, əvvəlki rəhbərliyin qeyri-praqmatik siyasəti nəticəsində yaranmış soyuqluq aradan qaldırıldı. Həm Koşta, həm də Fon der Lyayen Azərbaycanın Avropa İttifaqı üçün vacib və etibarlı tərəfdaş olduğunu vurğuladı".
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev Albaniyanın paytaxtı Tirana şəhərində baş tutan “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə Toplantısında dövlət başçısının keçirdiyi görüşləri şərh edərkən səsləndirib. Millət vəkili bildirib ki, keçirilən görüşlərdə ölkəmizin, Avropanın enerji təhlükəsizliyində, Orta Dəhlizin inkişafındakı rolu xüsusi qeyd olundu:
"Şərqlə Qərbi birləşdirən mühüm nəqliyyat infrastrukturna malik olan Azərbaycanın, Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyanın təbii resurslarının, bərpa olunan enerji resurslarının Avropaya ixrac məsələlərinə toxunuldu. Gələcəkdə icra olunacaq perspektivli layihələr barədə fikir mübadiləsi aparıldı. Yeri gəlmişkən, bu yaxınlarda Avropa İttifaqı ilə Mərkəzi Asiya ölkələri arasında geniş miqyaslı əməkdaşlığı nəzərdə tutan saziş imzalanmışdır. Bağlanan müqavilələrin icrası, yükdaşımalar, Azərbaycanın logistik imkanlarından istifadəni nəzərdə tutur".
Deputatın sözlərinə görə, aparılmış müzakirələr bir daha göstərdi ki, Azərbaycan Avropa İttifaqı üçün son dərəcə əhəmiyyətli dövlətdir və heç bir regional layihə ölkəmizin razılığı olmadan həllini tapa bilməz:
"İkinci məsələ, “Avropa Siyasi Birliyi” 6-cl Zirvə toplantısının kuluarlarında baş verən qeyri-rəsmi, ayaqüstü danışıqlar, dövlət başçılarının ikitərəfli və çoxtərəfli görüşlərini qeyd etmək olar. Fransa prezidenti Makronun, Prezident İlham Əliyevin yanına gəlməsi, heç nə olmamış kimi "dostcasına" ikiəlli görüşməsi, Ermənistan baş naziri Paşinyanın kənardan bu mənzərəni seyr etməsi, səmimi desək qürurverici idi. Qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla, Prezident İlham Əliyevin qardaşlığı, birliyi isə, hər kəsin hesablaşmalı olduğu Türkün gücünün nümayişi idi. Ümumiyyətlə, Tiranada keçirilən “Avropa Siyasi Birliyi” 6-cı toplantısı, əvvəlki Praqa toplantısında olduğu kimi, Azərbaycan diplomatiyasının uğuru kimi qiymətləndirilməlidir".
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 19 May 2025 23:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri