Icma.az
close
up
RU
Qar üstündə voleybol çempionatı

Qar üstündə voleybol çempionatı

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycan üçün, əslində elə dünyada da, yeni idman növlərindən biri sayılan qar voleybolu (Avropada ilk rəsmi yarış 2016-cı ildə keçirilib. 2019-cu ildə isə rəsmi Dünya turu təşkil edilib) üzrə bugünlərdə “Şahdağ” Turizm Mərkəzində Azərbaycan çempionatı keçirildi. Oyun şəraitinin bir qədər çətin olduğu bu nadir idman növü onu izləyənləri öz baxımlığı ilə valeh etdi.

Qar voleybolu ona görə unikal hesab olunur ki, meydançada hava şəraitindən asılı olaraq oyunçular fərqli səthlərdə oynamalı olurlar. Onlar bəzən futbol butsları, yaxud sürüşkən səthə görə digər idman ayaqqabıları geyirlər. Qalın paltar geyinən oyunçular, papaq və əlcək də taxa bilərlər. Unikallığı ilə yanaşı, bu, həm də ekstremal idman növlərindən biri hesab oluna bilər. Çünki voleybolçular şaxtalı hava və çətin oyun şəraitinə adaptasiya olunmalıdır. Bütün bunlara rəğmən ölkəmizin qar voleybolu tarixində ilk dəfə təşkil olunan milli çempionata 4 qadın və 4 kişi komandası olmaqla 8 yığma fəal şəkildə qatılaraq gərgin və maraqlı mübarizə sərgilədilər. 

Yarışda “Azərreyl”in həm kişilərdən, həm də qadınlardan ibarət komandaları çempionatın qalibi olaraq bu idman növünün tarixinə düşdülər. Kişilərin mübarizəsində 2-ci yeri “Murov Az Terminal” tutub. Üçüncü pillədə isə U-21 yığması qərarlaşıb. Qadınların yarışında “Murov Az Terminal” gümüş medal qazanıb. Bürünc medala isə “Gəncə” sahib çıxıb. 

“Azərreyl”in qızlardan ibarət komandasının baş məşqçisi Nihad Tarverdiyev “Xalq qəzeti”nə açıqlamasında bildirdi ki, ölkəmizdə qar voleybolu üzrə çempionatın təşkili bir yenilikdir. Final qarşılaşmaları olduqca maraqlı və gərgin mübarizə şəraitində keçdi. Başda Azərbaycan Voleybol Federasiyası olmaqla yarışda əməyi keçən hər kəsə təşəkkür edirik. Yüksək səviyyədə keçirilən çempionat həm idmançılarımız, həm də məşqçilər üçün zəngin təcrübə oldu. Sevinirik ki, çempionatı qalib kimi başa vurduq. 

Çimərlik və qar voleybolu üzrə milli komandaların meneceri Orxan Hüseynzadə isə vurğuladı ki, komandaların hazırlığı, onların yarışda iştirakı, eləcə də oyunların yüksək səviyyədə təşkili üçün Voleybol Federasiyası tərəfindən hər bir tədbir görülmüşdü: “Düşünürəm ki, turnir maraqlı mübarizə şəraitində keçdi. Çempionatın canlı yayımlanması tamaşaçıların oyunları yaxından izləməsi üçün geniş imkanlar yaratdı. Əsas məqsədimiz bu idman növünü ölkəmizdə daha da inkişaf etdirməkdir. 

Orxan Hüseynzadə bu prosesə yeni başladıqlarını və gələcəkdə böyük perspektivlərin olduğunu qeyd etdi”.

– Yerli voleybolçuların milliyə cəlb olunması, onların yığmada inkişafı, yeni idmançıların kəşf olunması istiqamətində işlər davam edir. Məqsədimiz beynəlxalq arenada mübarizə aparacaq çoxlu voleybolçu yetişdirməkdir.   Gələcəkdə Avropa çempionatında iştirak etməyi qarşıya məqsəd qoymuşuq. Düşünürəm ki, bu templə davam etsək, qitə yarışlarında iştirak edə və uğur qazana bilərik. 

Qar voleybolunu, əsasən, dağ kurortlarında, qış çimərliklərində və digər istirahət zonalarında inkişaf etdirmək olar. Ölkəmizdə də son illər qış idman növləri üzrə yarışların təşkili, idmançıların yetişməsi üçün geniş imkanlar yaradılır. Bu gün qış idman növləri üzrə Azərbaycanda nəinki ölkədaxili yarışların, hətta beynəlxalq turnirlərin təşkili üçün də geniş infrastruktur var və bu istiqamətdə işlər davam etdirilir. Əminik ki, gələcəkdə qar voleybolu da ölkəmizdə sevilən və populyar idman növlərindən birinə çevriləcək.

L.AZAD
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Yanvar 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see430

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see275

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see270

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see251

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see231

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see230

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see220

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see219

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see212

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see208

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see193

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see192

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see192

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see188

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see187

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see184

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see181

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see177

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see172

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri