Avropa Yenidənqurma və İnkişaf Bankının manat istiqrazlarına 12 investor 12 sifariş təqdim edib
Marja.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
29 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Avropa Yenidənqurma və İnkişaf Bankı”-nın dəyişən faizli (floating rate) istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib. Qeyd olunan AZ2001028169 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 01.10.2025-ci il tarixində yekunlaşıb.
Marja.az xəbər verir ki, istiqrazlara 12 investor 55,2 milyon manatlıq 12 sifariş təqdim edib. İstiqrazlar tam məbləğdə yerləşdirilib.
Qaydalara görə, Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlar və beynəlxalq inkişaf bankları tərəfindən buraxılan istiqrazlar əsas listinq seqmentinə daxil edilir. Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlar və beynəlxalq inkişaf bankları tərəfindən buraxılmış istiqrazlar üzrə Listinq Komitəsi tərəfindən istisnalar edilə bilər. Bunu nəzərə alaraq kağızlar Əsas Bazar Listinq Seqmentinə daxil edilir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "Avropa Yenidənqurma və İnkişaf Bankı”
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2001028169
İstiqrazların növü və forması: İstiqrazlar dəyişən faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu/forması: Kütləvi / Birqəymətli hərrac
İstiqrazların sayı: 500 ədəd
İlkin ticarət qiyməti: 100 000 manat
İstiqrazların buraxılış həcmi: 50 000 000 manat
Period üçün gəlirlilik faizi: banklar arası kredit bazarında müəyyən edilən faiz dərəcəsinə (AZIR – Azerbaijan Interbank Rate) əsasən
Ödəmə Periodu: Faiz ödənişləri göstərilmiş faiz ödəniş tarixlərində rüblük olaraq (1 yanvar 2026; 1 aprel 2026; 1 iyul 2026 və 1 oktyabr 2026) həyata keçirilirəcək
Tədavül müddəti: 1 il
Hərrac qiyməti*: 100 000 manat
Reallaşdırılmış həcm: 50 000 000 manat
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 55 200 000 manat
İnvestor sayı: 12
Sifariş sayı: 12
Anderrayter: “ABB-İnvest İ.Ş.” QSC; “Unicapital İ.Ş.” ASC


