Icma.az
close
up
RU
Avropa zülmətə qərq oldu Simpsonlar ın “28 fevral” proqnozu gerçəkləşdi? FOTOlar

Avropa zülmətə qərq oldu Simpsonlar ın “28 fevral” proqnozu gerçəkləşdi? FOTOlar

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Avropada baş verən genişmiqyaslı elektrik kəsintiləri sosial mediada böyük səs-küyə səbəb olub.

Milli.Az xəbər verir ki, bu hadisə, tez-tez "gələcəyi öncədən proqnozlaşdırması" ilə gündəmə gələn məşhur "The Simpsons" animasiya serialının bir bölümü ilə əlaqələndirilib.

"Simpsons" yenidən gündəmdə: 28 fevral 2025 xəbərdarlığı

2023-cü ildə yayımlanan seriyanın birində cizgi filminin obrazı Mr. Burnsun enerji ehtiyatlarının 28 fevral 2025-dən sonra tükənəcəyi barədə xəbərdarlığı yer almışdı. Məhz bundan iki ay sonra - 28 aprel 2025 tarixində Avropanı bürüyən elektrik kəsintiləri bu epizodu yenidən aktuallaşdırıb və konspirasiya nəzəriyyələrini alovlandırıb.

İspaniya və Portuqaliyada həyat iflic oldu

Elektrik kəsintiləri xüsusilə İspaniya və Portuqaliyada həyatın normal axarını tamamilə pozub. Madrid və Barselona kimi iri şəhərlərdə hava limanları və dəmiryolu nəqliyyatı fəaliyyətini dayandırıb, metrolar boşaldılıb, internet xidmətləri dayanıb, rabitə və nəqliyyat əlaqələri iflic vəziyyətinə düşüb, işıqforların işləməməsi nəticəsində yollarda uzun tıxaclar yaranıb. Elektrik enerjisinin bərpası üçün enerji şirkətləri səfərbər edilib, xüsusi böhran komitəsi yaradılıb.

Fransa və Belçika da zərər gördü

İspaniya ilə sərhəddə yerləşən Fransanın bəzi bölgələri, eləcə də Belçika və Andorrada yaşayan sakinlər də elektrik kəsintisindən təsirləndiklərini bildiriblər.

Tam bərpa bir həftə çəkə bilər

REN (Red Eléctrica de España) bildirib ki, vəziyyətin tam normallaşması bir həftə çəkə bilər. İspaniya rəsmiləri isə bu açıqlama ilə bağlı hələlik rəsmi mövqe bildirməyiblər.

"Springfieldın Son Günü" xatırlandı

Simpsonlar serialının "Springfield-ın Son Günü" adlı bölümündə oxşar bir ssenari göstərilmişdi. Bölümdə böyük bir elektrik kəsintisi nəticəsində maşınlar və mobil telefonlar işləməz hala gəlir, kənddə xaos yaşanır.

Bütün bu oxşarlıqlar fonunda, cəmiyyətin bir hissəsi baş verənləri "qəsd nəzəriyyəsi" kimi dəyərləndirir və yenidən "The Simpsons"un "gələcəyi öncədən proqnozlaşdırmaq bacarığı"nı müzakirəyə çıxarır.

Əlavə araşdırmalar aparılır.

Kənan
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 29 Aprel 2025 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR işçilərinə mükafat – Rəsmi əmr FOTO

15 Sentyabr 2025 18:42see2715

Alvarezlə Kroufordun döyüşü tarixə düşüb

15 Sentyabr 2025 00:08see225

İsrailin addımları artıq bütün dünyada narahatlıq yaradıb ŞƏRH

15 Sentyabr 2025 19:52see214

“Benfika” “Qarabağ” matçında söz sahibi o olacaq

14 Sentyabr 2025 13:47see143

Mövsümün sonunda Mançester Siti dən ayrılacaq

14 Sentyabr 2025 16:59see142

Türkiyəli nazir müavini: Kültür yolu festivalı çərçivəsində Azərbaycanla əməkdaşlıq edəcəyik

14 Sentyabr 2025 12:49see142

Real ın oyunçusuna qırmızı verən hakim cəzalandırılacaq

14 Sentyabr 2025 17:05see142

İlham Əliyev Hadrut qəsəbəsində olub FOTOLAR KONKRET

14 Sentyabr 2025 13:43see141

Ermənistan Ağrıdağı SİLDİ FOTO

14 Sentyabr 2025 13:04see140

Beşiktaş Musayevi istəyir

14 Sentyabr 2025 13:49see139

Yaşlanma əleyhinə inyeksiya

14 Sentyabr 2025 20:01see136

Xankəndidə erməni təxribata belə HAZIRLAŞIB VİDEO

15 Sentyabr 2025 00:52see133

Qızılın qiyməti tarixi maksimumu yeniləyib

15 Sentyabr 2025 21:39see129

Operanın sərhədlərini aşan, ifası ilə insanlıq dərsi verən tenor Luçano Pavarotti

15 Sentyabr 2025 02:00see128

İsrail ordusu Nəbatiyəni vurdu: Hədəf...

15 Sentyabr 2025 23:45see128

Ramzan Kadırovun 17 yaşlı oğlunun yarım milyon dollarlıq saatı gündəm oldu

16 Sentyabr 2025 03:45see126

Geosiyasətin cinayət yolu...

15 Sentyabr 2025 13:28see126

Ülviyyə Cabbarova: 8 dövlətin iştirakı ilə yaradılan Türk Dünyası Sığorta Birliyi böyük önəm daşıyır

14 Sentyabr 2025 13:28see124

Braziliya lideri Trampı dürüst dialoqa çağırdı

14 Sentyabr 2025 20:42see121

Rasim Ağayev vəfat etdi

14 Sentyabr 2025 09:12see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri