Avropada böyük sınaq dövrü başlayır
Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İspaniyada (29 noyabr 2026-cı il): Növbədənkənar parlament seçkiləri ilə mərhələni açır. Pedro Sançesin hakim sosialist koalisiyası hakimiyyəti sağ-mərkəzçi Xalq Partiyasına təhvil vermək riski ilə üz-üzədir.
Fransada (2027-ci ilin yazı): Prezident və ardınca parlament seçkilərində ifrat sağçı qüvvələrin şansları yüksək qiymətləndirilir.
Millətçi və avroskeptik partiyaların güclənməsi Avropanın simasını kökündən dəyişə, Aİ-də siyasi balansı poza və ittifaqın büdcəsi, Ukraynaya yardım və Avropanın təhlükəsizliyi məsələləri üzrə qərarların qəbulunu çətinləşdirə bilər.
Bu gün Avropada demək olar ki, hər dördüncü seçici sağçı populistləri dəstəkləyir. Bunun səbəbi iqtisadi durğunluq, bahalaşma, miqrasiya böhranı və sərt «yaşıl» iqlim qaydalarından narazılıqla bağlıdır. Üstəlik, ənənəvi sağ-mərkəzçi partiyalar hakimiyyət naminə ultrasağçılarla koalisiya qurmaq qadağasından getdikcə daha çox imtina edirlər.
Əgər Fransa, İspaniya və Polşa kimi ölkələrdə avroskeptiklər hakimiyyətə gəlsələr, Avropa Şurasında istənilən qərarı dayandıra biləcək güclü bloklayıcı azlıq yaradacaqlar.
Tariyel Həsənov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Orban dövrü bitdi: Avropada yeni oyun başlayır TƏHLİL
13 Aprel 2026 13:24
Avropada DÇ 2026 həyəcanı başlayır
21 Mart 2025 09:30
Avropada sağçı qüvvələr güclənməyə başlayır
26 Dekabr 2024 19:55
“İmperator” Avropada yeni macəraya başlayır?
11 Sentyabr 2025 18:26
Avropada siyasi gərgin həftə başlayır
09 Fevral 2026 14:02
Baxış sayı:92
Bu xəbər 23 Noyabr 2026 16:49 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları