Icma.az
close
up
RU
Avropada daha bir müharibə hazırlığı Nələr baş verir?

Avropada daha bir müharibə hazırlığı Nələr baş verir?

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Son aylarda beynəlxalq siyasətdə artan gərginlik, xüsusilə Avropa və onun sərhədlərində baş verən silahlı münaqişələr, Fransa daxil olmaqla bir çox Qərb ölkələrini təcili strateji hazırlıqlara vadar edib. Fransa hökumətinin ölkə üzrə xəstəxanalara göndərdiyi və “böyük toqquşma” ssenarisinə hazırlığı nəzərdə tutan təlimatlar isə bu narahatlığın konkret nəticələrindən biridir. Sənədlərdə səhiyyə sisteminin genişmiqyaslı hərbi və ya mülki fövqəladə vəziyyətlərə hazır olması tələb edilir.

Bu addım təkcə ictimai sağlamlıqla bağlı deyil – Fransanın mümkün müharibəyə, yaxud genişmiqyaslı xarici təhlükəyə hazırlaşdığı kimi qiymətləndirilir. Bu barədə nüfuzlu “La Figaro” nəşri yazıb.

Sözügedən hazırlığın arxasında duran real səbəblər nədir? Söhbət hansı müharibə və ya toqquşmadan gedir? Fransa belə bir addımı niyə məhz indi atır?

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, əslində bu, kifayət qədər diqqətçəkən məqamdır:

Həmçinin oxuyun:

260 qrup dəstəkləndi, Bakı və Ankara hədəfə alındı – Qarabağdakılar…

“Dünyada baş verən siyasi kataklizmlər və böhranlar fonunda Fransanın hansısa savaşa hazırlanması və ya sadəcə təhlükəsizlik tədbirləri görməsi mümkündür. Qeyd etmək lazımdır ki, bu hazırlıq yalnız hərbi hücum ehtimalı ilə deyil, eyni zamanda kiberhücumlar, terror təhlükəsi, miqrasiya axını və ya enerji böhranı kimi müxtəlif senarilərlə də əlaqəli ola bilər.

İndiki anda Fransanın hansısa ölkə ilə müharibəyə hazırlaşdığını düşünmürəm. Amma geosiyasi reallıqları nəzərə alsaq, Fransa və ya digər Qərb ölkələri gələcəkdə, hətta özləri istəmədən silahlı münaqişələrə cəlb oluna bilərlər. NATO-nun kollektiv müdafiə prinsipi, Ukrayna-Rusiya müharibəsinin genişlənmə riski və ya Yaxın Şərqdə artan gərginliklər bu ehtimalı daha real edir. Bu mənada, hazırlıq tədbirləri qaçılmaz görünür”.

K.Novruzov qeyd edib ki, yayılan məlumatlar təhrif edilmiş, konteksdən çıxarılmış da ola bilər:

“Media mühiti tez-tez informasiya manipulyasiyasına məruz qalır. Əvvəllər də oxşar hallar müşahidə olunub. İlkin təqdim olunan sənədlər və ya açıqlamaların sonradan daha fərqli mənalar daşıdığı ortaya çıxıb. Bu baxımdan, istənilən xəbərə tənqidi və ehtiyatlı yanaşmaq vacibdir”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Sentyabr 2025 09:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see350

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see340

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see331

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see322

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see317

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see311

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see303

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see292

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see285

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see281

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see254

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see238

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see234

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see225

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see222

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see217

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see193

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see190

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri