Cənubi Koreya şirkəti infrastukturu rəqəmsallaşdırmaqda ADY yə kömək edəcək
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Cənubi Koreyanın KORAIL dəmir yolu korporasiyası Asiya İnkişaf Bankının (ADB) tenderinin qalibi olub və bu çərçivədə rəqəmsallaşma, həmçinin dəmir yolu nəqliyyatının idarə edilməsi ilə bağlı təcrübəsini Azərbaycanla bölüşəcək.
Avtosfer.az KORAIL-a istinadən xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin altı rəhbər və mütəxəssisindən ibarət nümayəndə heyəti ixtisaslaşdırılmış təlim proqramı keçmək üçün Cənubi Koreyada beşgünlük səfərdədir.
Təlim kursunun açılış mərasimi ötən gün Seul vağzalında hər iki ölkənin dəmir yolu idarələrinin 10-a yaxın nümayəndəsinin iştirakı ilə baş tutub.
Proqram ADB-nin "Azərbaycan Dəmir Yolları"nın rəqəmsallaşdırılması potensialının inkişafı" adlı texniki yardım layihəsi çərçivəsində həyata keçirilir.
Bu texniki yardım mexanizmi inkişaf etməkdə olan ölkələrin texnoloji səviyyəsini artırmaq məqsədilə ixtisaslaşdırılmış biliklərin, ekspert tövsiyələrinin ötürülməsi və təlimlərin keçirilməsi üçün nəzərdə tutulub.
Bununla belə, koreyalı ekspertlər azərbaycanlı həmkarlarını avadanlıqların real vaxt rejimində monitorinqini həyata keçirən faktiki vəziyyətə görə preventiv texniki xidmət (CBM) texnologiyaları, həmçinin süni intellekt və "Big Data" əsasında təhlükəsizlik platformaları ilə tanış edəcəklər.
Səfər proqramında, həmçinin dəmir yollarının gündəlik istismarında rəqəmsal həllərin praktik şəkildə tətbiqi ilə tanış olmaq üçün İT Əməliyyatları Mərkəzi, Qatarların Hərəkətini İdarəetmə Mərkəzi və Koyandakı yüksəksürətli deponun ziyarət edilməsi nəzərdə tutulur.
KORAIL-dan bildirilib ki, ADB-nin cari layihəsinin uğurla həyata keçirilməsi beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsinə və yeni bazarlara çıxmağa təkan verəcək.
"Cənubi Koreya dəmir yolu sənayesinin qabaqcıl texnoloji imkanlarını və yüksək potensialını dünya arenasında təşviq etmək məqsədilə beynəlxalq təşkilatlar, həmçinin müvafiq qurumlarla bundan sonra da fəal əməkdaşlıq etmək niyyətindəyik", - KORAIL-ın perspektiv işləmələr bölməsinin rəhbəri Kim Qvan Mo deyib.
Bu korporasiya 2008-ci ildə Beynəlxalq Dəmir Yolu Nəqliyyatı Tədris Mərkəzi açılandan bəri kadr hazırlığı sahəsində beynəlxalq fəaliyyət göstərir və öz təcrübəsini 58 ölkənin dəmir yolu idarələrinin nümayəndələrinə ötürüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 20 Oktyabr 2026 17:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















