Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Avropada gündəmin “dirijor”u dəyişirmi?

Avropada gündəmin “dirijor”u dəyişirmi?

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Media və siyasi kommunikasiya sağ radikal diskursu geniş auditoriyaya yayır

Son dövrlər Avropa siyasi səhnəsində müşahidə olunan əsas meyillərdən biri sağ radikal partiyaların təsirinin artmasıdır. Proses həm seçki nəticələrində, həm də ictimai diskursun və siyasi kommunikasiya üslubunun transformasiyasında özünü göstərir. Almaniyada aparılmış tədqiqatın nəticələrinə görə, mərkəzçi partiyalar getdikcə daha çox sağ radikal qüvvələrin müəyyən etdiyi gündəliyə reaksiya verərək öz ritorikalarını bu istiqamətə uyğunlaşdırmağa başlayıblar. Bu isə sağ radikal ideyaların legitimləşməsinə səbəb olub.

Ümumiyyətlə, mərkəzçi partiyaların kommunikasiya strategiyaları sağ radikal qüvvələrin seçki uğrunda mübarizəsində mühüm rol oynayır. Burada əsas mexanizm diqqət çəkmək uğrunda mübarizədir. Yəni kim ictimai diqqəti üzərinə çəkirsə, seçicilər üçün vacib məsələləri müəyyənləşdirə bilir. Beləliklə, sağ radikal partiyalar mediada daha çox görünür, öz ideyalarını tədricən “müzakirəyə uyğun” mövzular kimi təqdim edirlər. Şübhəsiz, bu təsir, sadəcə, siyasi partiyalarla məhdudlaşmır. Kütləvi informasiya vasitələri də sağ radikal ritorikanın yayılmasında dolayı şəkildə iştirak edir. Proses Almaniya və Böyük Britaniya kimi ölkələrdə aydın görünür. Hər iki məkanda media və siyasi dairələr miqrasiya, mədəni kimliklə bağlı sağ radikal mövzulara geniş yer ayıraraq ictimai diqqəti bu istiqamətə yönəldiblər. Nəticədə, əvvəl marginal sayılan fikirlər zamanla “milli narahatlıq” kimi təqdim olunmağa başlayıb. Hazırda partiyalar qarşısında duran əsas problem bu diskursla necə davranmaqdır. Sağ radikal ritorikanı gözardı etmək seçici bazasının bir hissəsini itirmək riski yaradır. Klassik “reaktiv siyasət” dilemmasına çevrilən prosesdə partiyalar öz üslublarını sərtləşdirərək radikal ritorikanın elementlərini mənimsəyirlər. Məsələn, Almaniyanın keçmiş kansleri Olaf Şoltsun 2023-cü ildə “ölkədə qalmaq hüququ olmayan şəxslərin genişmiqyaslı deportasiyasının vaxtı çatıb” bəyanatı sosial-demokrat ritorikanın sərtləşdiyini göstərən nümunələrdən idi. Bu ritorika müəyyən seçici qruplarının dəstəyini qazanmaq məqsədi daşısa da, uzunmüddətli perspektivdə sağ radikal partiyaların əsas ideyalarının legitimləşməsinə xidmət edir. Çünki seçicilər sərt ifadələrə alışırlar. Nəticədə, ekstremist baxışlar “adi siyasi tələblər” səviyyəsinə enir.

Bu tendensiya təkcə Almaniyaya aid deyil. Avropa miqyasında, xüsusilə Fransa, Böyük Britaniya, Niderland və Avstriyada da oxşar proseslər müşahidə olunur. Miqrasiya böhranları, iqtisadi qeyri-sabitlik və milli kimliklə bağlı qorxular sağ radikal ritorikanın geniş auditoriya qazanmasına şərait yaradır. Ənənəvi partiyalar isə bu reallıq qarşısında müdafiə strategiyasından çox, adaptasiya strategiyasına üstünlük verirlər.

Avropanın bir çox siyasi liderləri miqrasiya məsələlərinə dair sərt və məhdudlaşdırıcı təkliflər irəli sürməklə seçicilərin “təhlükəsizlik hissini” bərpa etməyə çalışırlar. Bu hal bəzi siyasi analitiklərin “diskursun sağa sürüşməsi” adlandırdığı fenomenin əsas göstəricisidir. Əgər 20 il əvvəl miqrasiya və multikulturalizm liberal konsensusun tərkib hissəsi idisə, bu gün həmin məsələlər milli təhlükəsizlik, həmçinin sosial yük kontekstində müzakirə olunur.

Hər dəfə eyni çərçivədə təqdim olunan “miqrasiya təhlükəsi”, “mədəni təhdid” və “sərhədlərin müdafiəsi” kimi anlayışlar kollektiv yaddaşda mühüm yer tutur, seçicilərin reallıq qavrayışına təsir göstərir, təhlükə hissini süni şəkildə gücləndirir. Əgər bu ritorika sosial-demokrat və mərkəzçi qüvvələr tərəfindən səsləndirilirsə, onun təsiri də çoxalır. Tədricən “sərt tədbirlər” adi, “təhlükəsiz seçim” kimi qəbul olunur. Beləliklə, cəmiyyət miqrasiyaya qarşı daha az tolerant, fərqli mədəni kimliklərə qarşı daha şübhəli, siyasi müzakirələrdə isə daha qütbləşmiş olur.

Bir məqamı da qeyd edək ki, hazırda Almaniya “sistemli böhran” mərhələsindədir və bu, qeyri-liberal qüvvələrin, xüsusən “Almaniya üçün Alternativ” (AfD) partiyasının yüksəlişinə təkan verib. Bu ilin əvvəlindən etibarən AfD artıq xristian-demokratları geridə qoyaraq ölkə üzrə ən populyar siyasi qüvvəyə çevrilib. Partiya hər dörd seçicidən birinin dəstəyini qazanıb və bu göstərici sabit artım tendensiyasını göstərir. Şimali Reyn-Vestfaliya əyalətində keçirilən bələdiyyə seçkilərində partiyanın 14,5 faiz səs toplaması prosesin təsadüfi olmadığının əyani sübutudur. Nəticələr liberal elita üçün təhlükəli siqnaldır, çünki seçicilərin bir qismi artıq ənənəvi sosial-demokratlardan AfD-yə keçid edir. Avropa elitasının böhrana reaksiyası da problemlidir. Onlar böhranı dərinləşdirən səbəblərlə mübarizə aparmaq əvəzinə, diqqəti nəticələrə yönəldiblər. Bununla yanaşı, beynəlxalq səviyyədə Avropa ölkələri daxili siyasi zəifliyi kompensasiya etmək məqsədilə hərbi potensialın artırılması və “strateji muxtariyyət” ideyasına yönəlirlər. Lakin bu cəhdlər daxili idarəetmə böhranı dərinləşdiyi halda real nəticə verməyəcək.

Sonda bir daha vurğulayaq ki, Avropa siyasi mədəniyyəti sistemli transformasiya mərhələsinə qədəm qoyub. Qlobal rəqabətin sərtləşdiyi, daxili iqtisadi təzyiqlərin artdığı dövrdə liberal elitanın ənənəvi idarəetmə mexanizmləri artıq əvvəlki kimi işləmir. Mərkəzləşmiş texnokratik qərarvermə sistemi ictimai etimadı bərpa etmək əvəzinə yeni populist və qeyri-sistemli qüvvələrin legitimlik qazanmasına zəmin yaradır. Əgər Avropa yeni siyasi model formalaşdıra bilməsə, növbəti onilliklərdə həm iqtisadi, həm də ideoloji baxımdan parçalanma riski artacaq.

Yusif BAĞIRZADƏ,
politoloq

Almaniyada sağ və sağ mərkəzçi qüvvələrin demarşı ölkənin böhran içində olmasından, liberal hakimiyyətlərin problemlərin aradan qaldırılması istiqamətində effektiv addımlar ata bilməməsindən, hökm sürən iqtisadi çətinliklərdən, miqrasiya sahəsində lazımi tədbirlərin görülməməsindən irəli gəlir. Bu gün “Almaniya üçün Alternativ” partiyası Xristian Demokratları geridə qoyaraq milli səviyyədə ən populyar siyasi qüvvəyə çevrilib və artıq hər dörd seçicidən birinin dəstəyini qazanıb. Ən önəmlisi isə odur ki, onlar hər keçən gün böyüməkdə və sıralarını genişləndirməkdədirlər. Bunu Şimali Reyn–Vestfaliyada sentyabrda keçirilən bələdiyyə seçkiləri də sübut etdi. Bölgə Bavariya və Baden–Vürtemberq ilə birlikdə Almaniyanın ən mühüm iqtisadi mərkəzi hesab olunur. Uzun müddətdir ki, bu ərazilərdə Sosial Demokratlar həm də Xristian Demokratların əhəmiyyətli dəstəyi ilə üstünlük təşkil edir. Keçən seçkilərlə, yəni 2020-ci il seçkiləri ilə müqayisədə 9,4 faiz daha çox səs qazanmaq, təbii ki, böyük uğur hesab oluna bilər. Sağ və ultra sağ qüvvələrin yüksəlişi təkcə Almaniya ilə də məhdudlaşmır. Avropa Parlamentinə son seçkilər bunun bariz təzahürüdür. Fransada Makronun, Almaniyada Şoltsun rəhbərlik etdiyi qüvvələrin məğlubiyyəti ultra sağların mövqeyinin növbəti mərhələdə daha qabarıq ortaya çıxacağını deməyə əsas verir.

Avropa Parlamentinə seçkilərdə məğlubiyyət xüsusilə Fransa prezidenti və onun İntibah partiyası üçün alçaldıcı oldu. Əvəzində İtaliyada baş nazir Corcia Meloninin ultra sağyönümlü partiyası Avropa Parlamentində yerlərinin sayını iki dəfə artırdı. Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenin başçılıq etdiyi Xristian Demokratlar isə seçki kampaniyası zamanı miqrasiya və iqlim məsələlərində məcburən saga doğru mövqe ortaya qoymağa başladılar. Elə bu səbəbdən də onlar 720 yerlik Avropa Parlamentində ən böyük qrup olaraq qalmaqda davam edirlər. Bütün bu sadalananlar onu deməyə əsas verir ki, yaxın gələcəkdə Avropa ərazisində sağ qüvvələrin öz mövqelərini daha da möhkəmləndirəcəyi şübhəsizdir. Bu isə təbii olaraq “Qoca qitə” üçün yeni strategiyanın formalaşmasını labüd edir.

Nəzrin ELDARQIZI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Oktyabr 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see661

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see629

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see627

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see502

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see463

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see440

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see415

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see393

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see349

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see343

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see341

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see330

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see327

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see324

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see322

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see318

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see312

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see310

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see305

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see288
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri