Icma.az
close
up
RU
Orkestrə niyə dirijor lazımdır?

Orkestrə niyə dirijor lazımdır?

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Orkestrlər musiqi cəmiyyətində çox qədim zamanlardan meydana çıxıb. Müxtəlif dövrlərdə onların müxtəlif adları olub, lakin bir şey dəyişməz qalıb – rəhbərin olması.

Bu gün baxacağıq ki, əgər heç kim ona baxmırsa, dirijor nəyə lazımdır?

Lent.az bu barədə araşdırmanı təqdm edir.

Məlum olub ki, onsuz musiqiçilər təşkilatlanmış şəkildə çıxış edə bilməzdilər.

Orkestrə niyə dirijor lazımdır?

İlk dirijorlar bəstəkarlar olub – onlar öz kollektivləri ilə birlikdə öz musiqilərini ifa ediblər. Sizi təəccübləndirə bilər, amma əvvəllər onlar təkcə rəhbər deyildilər. Dirijor tez-tez birinci skripkaçı olurdu və baş hərəkətləri ilə həmkarlarına işarə verirdi. Bəzən belə dirijor ritmi arşınla döyəcləməklə bildirirdi. Zaman keçdikcə hər şey dəyişməyə başlayıb.

İndi təsəvvür etmək çətindir, amma hələ XV əsrdə musiqiçilərin rəhbərinin məşhur çubuğu yox idi. Bunun əvəzinə onun böyük bir “battuta” adlanan dəyənəyi olurdu və dirijor ritmi vermək üçün onu yerə vururdu. Bu dəyənəkdən imtina edildi, çünki məşhur bəstəkar Jan-Batist Lülli qamışın ucu ilə ayağını zədələyib və 1687-ci ildə qanqrenadan ölüb.

İohan Sebastyan Bax isə qamış və ya çubuq əvəzinə not fitindən istifadə edirdi. Elə musiqiçilər də olub ki, not dəftərini əllərində yellədirdilər.

Hər şey XIX əsrdə dəyişib. Birincisi, məşhur dirijor çubuğu meydana çıxıb. İkincisi, heyrətamiz bir hadisə baş verib – dirijor orkestrdən ayrılıb, artıq musiqi ifa etməyib və öz məşhur yerini alıb – tamaşaçılara arxası, musiqiçilərə üzünü tutaraq.

Hazırda məlum deyil ki, bu dəyişikliyə kim başçılıq edib. Bu ya Rixard Vaqner, ya da Hektor Berlioz ola bilər.

Düşünülə bilər ki, əgər notlar varsa, dirijor nəyə lazımdır? Lakin böyük orkestrdə yüzlərlə musiqiçi ola bilər. Belə şəraitdə kollektivin üzvləri həm ifa edib, həm də bir-birinə qulaq asmaq, takt saymaq və notları izləmək iqtidarında deyillər.

Dirijorun əlavə funksiyası isə ümumi əhval-ruhiyyə və tempi təyin etməkdir, çünki musiqi yalnız notlarla məhdudlaşmır. Müxtəlif şərhlərlə eyni əsər tamamilə fərqli səslənə bilər.

Dirijor məşqlərdə partituraları kollektivlə dəfələrlə keçir, analiz edir və səslənməni istənilən nəticəyə çatdırır. Təcrübəli mütəxəssislər hətta illər öncə dəfələrlə ifa olunmuş əsərlərə belə yeni nəfəs verə bilirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:264
embedMənbə:https://lent.az
archiveBu xəbər 25 Aprel 2025 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see321

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see289

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see288

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see286

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see276

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see260

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see253

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see241

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see239

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see235

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see235

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see232

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see217

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see216

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see216

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see214

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see211

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see207

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see193

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri