Icma.az
close
up
RU
Avropada məşhurlaşan Türk xanımı Aru Sultan

Avropada məşhurlaşan Türk xanımı Aru Sultan

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi

Türküstan diyarının qədim tarixi dövlət quruculuğunda, hərb və diplomatik münasibətlər meydanında, elm, mədəniyyət və incəsənət sahəsində, beynəlxalq siyasi-iqtisadi əlaqələrin yaradılması və inkişafında, etnogenetik soy nəslinin mühafizəsi və tərbiyə edilməsində, xeyriyyəçiliyin və dini-ruhani tərbiyənin intişarında, xalq ədəbiyyatının nəsildən-nəsilə ötürülməsində, “Köçəri mədəniyyəti” ocaqlarının şölələnməsində...Türk-Müsəlman xatunlarının da “Türk dünyasının tarixi-coğrafiyası”nın səhifələrində imzaları az olmamışdır. Bu uzaqgörənliyi və tədbirli olması, düşmənlə cəng meydanında yenilməzliyi....barədə milli ədəbi-bədii irs nümunələrində, Orta əsrlər dövrünün tanınmış tarixçiləri və səyyahlarının əsərlərində, xalqın mədəni-mənəvi irs xəzinəsində qiymətli tarixi-xronoloji məlumatlar az deyil, onların şöhrəti hələ uzaq Avropa ölkələrinin sərhədlərinə də çatmış, kral sarayları və kitabxanalarının siyahısında adları hörmətlə yad edilmişdir. Onlardan Türküstan və Türk dünyası Sufiliyinin banisi Xoca Əhməd Yasəvi (1093-1166) ocağının davamçılarından olan, IV xəlifə Süleyman Bağırxanın qızı, irfan sahibi Ayişə Xatun (1114-1136), Oğuz-Qıpçaq ittifaqının Bayat boylarından olan Xarəzm hakimi Türkan xatun Cankişi xan qızı (1150-1233), Kərim xanın sələflərindən İnci Bəy Xatun (1312-1372), Çingiz xanın soyundan gələn, Əmir Teymur dövlətinin ağıllı məsləhətçisi Saray Məlik xatun Qazan qızı (1341-1405)....kimi isimləri göstərmək olar.

Orta əsrlərin XVI yüzilliyində Türk-Müsəlman dünyasının Rusiya və Avropa qitəsində ali səviyyədə imza atan, ilk növbədə Böyük Britaniya imperiyasında saray qulluğundakı Xanımlarından biri, mənşəcə Şərqi Qıpçaq/Skif tayfalarından, Sak soylulardan olan Aru Sultanın XXI əsrdə tarixi-coğrafi tanınması Qazax xalqının alimi-xəritəşünası, sosial elmlər doktoru, professor, Astana şəhərində L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin Müasir Tədqiqatlar institutunun direktoru Mühir Ərdəgir Sadiqnəzərin adı ilə bağlıdır...indi bu Xanımın adı nəinki “Qazax tarixi”ndə, eləcə də, “Türk dünyasının tarixi-coğrafiyası”nda da şərəfli səhifələri bəzəyir...

Qazax dövlətində səfir, səyyah və xəritəşünas kimi fəaliyyət göstərən Entoni Cenikson (1529-1611) 1561-ci ildə Böyük Britaniyanın sarayına özü ilə bərabər 14-15 yaşlı (bəzi mənbələrdə 20-21 yaşlı) Aru Sultanı da hökmdar I Yelizavetaya (1533-1603) təqdim etmiş, onun haqqında dəyərli məlumatları ona çatdırmışdır. Çünki, səfir-xəritəçi Aru Sultanın geniş elmi biliklərə və nəzəri təhlilə əsaslanan təfəkkürünə bələd idi, tərtib etdiyi atlasda təsviri illüstrasiyaların seçimində, siyasi, hərbi, iqtisadi, milli-mədəni....məlumatların toplanılmasında onun yanaşması ilə tanış olmuşdur.

Bəs, əslində, Aru Sultan (1539-1576) kim idi...

15 ildə Qazax dövlətinin ictimai-siyasi həyatının yüksək təbəqəsində çalışan səfir ölkəsinə geri qayıtdıqda tərtib etdiyi illüstrasiyalı atlasın təqdimatı üçün əlavə bilgilərin çatdırılması məqsədi ilə Aru Sultanı özü ilə bərabər imperiya sarayına aparmış, Avropa dövlətlərinin hakim saraylarına qədəm basan, siyasi-mədəni həyatında yaxından iştirak edən ilk Türk xatunu kimi tarixə düşmüşdür....

Onun haqqında məşhur salnaməçi, səyyah və dilçilərdən Riçard Haklyuyt (1552-1616) “Səyahət kitabı”nda, Fridrix Maks Müller (1823-1900) Şərq dini, mifologiyası və dillərinə aid əsərlərində....qiymətli fikirlər bildirmişlər.

Görkəmli Qazax alimi M.Ə.Sadiqnəzər isə tədqiqatlarının 17 ilini Qazax dövlətçiliyi tarixinin xəritəçünaslığına, o cümlədən, Aru Sultan xanımın ictimai-siyasi fəaliyyətinə həsr etmiş (bu sırada “Tarixi dövrlərdə Qazax dövlətinin inkişafı...” əsəri xüsusi yer tutur) və ümumilikdə Türk-Müsəlman coğrafiyası üçün (o cümlədən, Bütöv Azərbaycan timsalında) mühüm elmi-nəzəri nəticələrə nail olmuşdur. Qazax dövlətinin orta əsrlər tarixinin Aru Sultanla bağlı II yarısı dövrünü əks etdirən ümumiləşdirilmiş “Aru Sultanın diplomatik missiyasına tarixi-siyasi baxış” adlı məqaləsində (2023) tədqiqatçı-müəllif bildirmişdir ki, Qərbi Avropaya, Böyük Britaniyanın kral sarayına Aru Sultan başda olmaqla Qazax xanı Haqnəzər Qasım oğlu (1510-1580) tərəfindən göndərilən nümayəndə heyətinin məqsədi siyasi, ictimai, iqtisadi, mədəni, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına və dünyəviləşdirilməsinə xidmət göstərmək idi.

Bir sıra tədqiqatçıların fikrincə, Aru Sultan Xan ailəsinə soyuna və qanına görə yaxınlığı ilə fərqlənmiş, bilik və bacarığı, yüksək səviyyəli dünyagörüşü ilə seçilmişdir.

Tarixi-sənədli məlumatlar bir daha sübut edir ki, Aru Sultan xarici dilləri mükəmməl bildiyi, dünyəvi elmlərə dərindən bələd olduğu, siyasi-diplomatik əlaqələrin nəzəri əsaslarını mənimsədiyi...üçün Britaniya kral sarayının hörmətli və sevilən üzvləindən biri olmuş, I Yelizaveta Tüdorun diqqətində qalmışdır. Xüsusilə qeyd qeyd etmək vacibdir ki, orta əsrlərin Mərkəzi Asiya dövlətlərinə aid və elmi-nəzəri yükü dəyərli olan xəritəsini E.Cenkinson məhz Aru Sultanın köməkliyi ilə tərtib etmiş, kartoqrafik məzmunda tarixi, coğrafi, iqtisadi, etnomədəni, etnoqrafik, dini-sakral....məlumatlar yetərincə əks olunmuşdur. Məhz bu keyfiyyətləri nəzərə alındığından Qazax dövlətinin hakimi Haqnəzər xan onu böyük nümayəndə heyətinə başçı təyin edərək Qazax, eləcə də, Mərkəzi Asiyanın Türk-Müsəlman dövlətləri ilə Böyük Britaniya imperiyası arasında siyasi-iqtisadi əlaqələrin yaradılması məqsədi ilə Avropa qitəsinin ucqar qərb hissəsinə göndərmişdir.

Kral sarayında E.Cenkinsonun xəritəsinin məzmun baxımından qiymətləndirilməsi, izahı və təhlilini, coğrafi məkan üzrə əlaqələndirilməsini də Aru Sultan aparmış, bir sıra vacib arxiv sənədlərinin işlənilməsində yaxından iştirak etmişdir....

Müdrik şərq fəlsəfəsinin hikmət dolu vərdişləri, şərq geyim tərzinin ecazkar estetik üslubu (bu barədə dizayner-tarixçi C.Arnold (1932-1999) yüksək fikir söyləmişdir), kübar Xanım/Xatun davranışları....kral saray mühitinə yeni səhifə (ali mühitdə Şərq geyim üslubunun tətbiqi, miniatür naxışlı geyimlərə üstünlük verilməsi) açdığına və əsilzadə heyət, xüsusilə I Yelizaveta Tüdor tərəfindən rəğbətlə qarşılandığı üçün Aru Sultan xüsusi hörmətə və diqqətə layiq görülmüşdür. Dövrün məşhur rəssamları bu cəhətləri yağlı boya ilə incəliklərinə kimi portret janrında canlandıra bilmişlər.

Nəzərə almaq lazımdır ki, E.Cenkinson Böyük Britaniyanın Moskva knyazlığında IV İvan Qroznı (1530-1584) dövründə birinci səlahiyyətli səfiri olub, Rusiya ictimai-siyasi mühiti ilə yaxından tanış idi, amma vətənə dönəndə Moskva knyazlığı və Qazax dövləti....haqqında mükəmməl bilgilərin hakim təbəqəyə çatdırılması vəzifəsini...Aru Sultana (onu Yunan mifologiyasının cəngavər döyüşçü ilahəsi-İppolita tituluna layiq görmüşlər) etibar etmişdir...

Çox təəssüf ki, Türk dünyasının bu görkəmli Xanım xadimi haqqında hələ də geniş bilgilər əldə edilməyib, onunla bağlı araşdırmaya ciddi ehtiyac hiss olunur, nəinki Avropa əlkələrinə tanıdılması, eləcə də, Türk-İslam dünyasında İsminin yayılması istiqamətində ciddi tədqiqatlara ehtiyac vardır....

Dumanlı Britaniya adalarına və krallığına qədəm qoyan Şərq dünyasının ilk Xanımı yetkin mülahizələrə görə London şəhərinin mötəbər qəbirstanlıqlarından birində dəfn edilib.

R.S. İlğımlı/sonsuz üfüqləri yalayan Qıpçaq Çöllərinin yulğunlu-yovşanlı düzəgahının əski Türk Yurdlarının kökənli Sak ocaqlarında (Dəşti-Qıpçaq çöllərinin cənub-şərqində, Yeddiçay hövzəsində, Qarasöyüd çayı sahillərində arxeoloji tapıntılarla 2024-cü ildə Taldıkurqan şəhəri yaxınlığında yeni məkanlar aşkar edilib) doğulan Aru Sultan, eləcə də, adları çəkilən Xatunlar haqqında ispan səfiri və səyyahı R.Q.Klavixonun (1348-1412) Madrid Milli Kitabxanasında saxlanılan 1403-1406-cı illərə aid səyahət qeydlərində, “Qazax xanlarının yolları ilə...” tarixi-xronoloji ensklopediyasında, flamandiyalı rəssam M.Gerardsın (1561-1636) çəkdiyi portretdə, ingilis salnaməçisi B.Andreanın (1450-1522) tarixi saray külliyatında, Türk tarixini və İslam mədəniyyətini öyrənən fransız J.P.Runun (1925-2009) “Mərkəzi Asiya tarix və sivilizasiya” (2003) kitabında...qiymətli məlumatlar verilmişdir.

R.S.S. Türk-İslam dünyasının Şərq memarlığının nadir inciləri sırasında (yetər ki, təkcə XVII əsr yadigarı Tac-Mahal məqbərəsi/məbədi yad edilsin...) Türk Xatunlarının şərəfinə inşa edilmiş abidələr sübut edir ki, Qərb dünyasından fərqli olaraq Türklər Xanımlara necə qiymət vermişlər...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 11 Avqust 2026 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see775

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see518

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see307

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see282

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see277

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see261

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see250

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see237

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see235

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see225

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see225

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see223

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see218

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see196

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see187

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see183

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see179

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri