Icma.az
close
up
RU
Avropadan başlayan, dünyanı saran fəlakət:Eynicinsli nikahlar

Avropadan başlayan, dünyanı saran fəlakət:Eynicinsli nikahlar

Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanı gündə bir mənasız iddia ilə günahlandıran Avropada başlamış və dünyanı sarmış fəlakətlərdən birinin geniş əraziləri zəbt etdiyi günlərdən biridir.


Adalet.az xəbər verir ki,  2003-cü ilin 18 noyabrında ABŞ-ın Massaçusets ştatında eynicinsli nikahlara icazə verildi. Halbuki bu proses 2001-ci ildə ilk  olaraq Avropada başlamış, Hollandiyada qanuniləşmişdi. Dərhal ikinci bu qanuna imza atan Belçika Federal parlamenti oldu və 2003-cü ilin iyunun 1-də qanun rəsmiləşdi.
Massaçusets ştatından başlayan bu proses tezliklə ABŞ-ın digər ştatlarında da qanuniləşdi. Beləki, belə nikahlar əvvəl 50 ştatın 35-də, Kolumbiya Federal Mahalında və Quam ərazisində leqallaşdırılsa da. 2015-ci ildə bütün 50 ştatda eynicinslilərin nikahına icazə verildi. ABŞ-ın Ali Məhkəməsi eynicinsli nikahlara icazə vermək haqda qərar çıxardıqdan sonra proses daha da gücləndi.
Beləki,  Argentina, Avstraliya, Avstriya, Belçika, Braziliya, Kanada, Çili, Kolumbiya, Kosta Rika, Danimarka, Ekvador, Finlandiya, Fransa,  Almaniya, İslandiya, İrlandiya, Lüksemburq, Malta, Meksika, Niderland, Yeni Zelandiya,Yunanıstan, Norveç, Portuqaliya, Sloveniya, Cənubi Afrika, İspaniya, İsveç, İsveçrə və   Birləşmiş Krallıqda artıq bu qanun rəsmən tanınıb. Ən pisi isə odur ki, Eynicinslərin nigahı Avropadan, Cənubi və Şimali Amerika qitələrindən sonra Asiyaya da ayaq açıb. 2024-cü ildən etibarən Tailand Tayvan və Nepaldan sonra eynicinsli cütlüklərin evlənməsinə icazə verən üçüncü Asiya ölkəsi oldu. Yəni, Asiyada eynicinslilərin evliliyinə icazə verən ilk ölkə 2019-cu ildə Tayvan olub. Sonra, keçən il Nepal eynicinsli nikahları tanımaq qərarına gəldi.

 Hazırda rəsmi mənbələr bildirir ki, 34 ölkə artıq eynicinsli nigahları tanıyıb.


İslam dinində bu mövzu birmənalı olaraq qadağan olduğu üçün bu qanun hələlik heç bir müsəlman ölkəsində leqallaşmayıb.


Elə müsəlman olmayan ölkələr var ki, bu prosesi öz ölkəsində qəbuledilməz hesab edir. Məsələn, 2021-ci ildə Moldovanın keçmiş Prezidenti Petru Luçinski VIII Qlobal Bakı Forumunda çıxışı zamanıbu ifadələri işlədib: “Avropa İttifaqına üzvlük üçün bir çox ziddiyyətli tələblər də var. Məsələn, Avropa eynicinsli nikah tələb edir.
Eynicinsli nikah Avropa cəmiyyəti üçün keçərlidir. Amma biz buna hazır deyilik. Bu, bizim cəmiyyətdə parçalanmaya səbəb ola bilər. Bunu niyə etmək lazımdır? Çox ziddiyətli proseslər baş verir”.
Buna baxmayaraq, dünyanın bir çox ölkələrində bunu qadağan edən qanun da çıxarılmayıb. Məsələn, Google axtarışından əldə olunan xəbərlərdə deyilir ki, Azərbaycanda, eyni zamanda Rürkiyədə eynicinsli toylar baş tutur.
Xatırladaq ki, Azərbaycan Lezbiyan, Gey, Biseksual və Transgender (LGBT) 49 Avropa ölkəsinin sıralandığı siyahıda 49-cu yerdə qərarlaşıb. Azərbaycanda LGBT şəxslər üçün nəzərdə tutulmuş və Ruslan Baluxin tərəfindən 25 may 2011-ci ildə istifadəyə verilmiş "gay.az" saytı fəaliyyət göstərir. 2009-cu ildə Azərbaycan yazıçısı Əli Əkbər azərbaycanlı və erməni gənc arasında homoseksual sevgidən bəhs edən "Artuş və Zaur" adlı romanı nəşr etdirib. Müəllifin sözlərinə görə erməni və gey olmaq Azərbaycan cəmiyyətinin əsas tabularıdır. 2014-cü ildə azərbaycanlı yazıçı Orxan Bahadırsoyun iki gənc oğlanın sevgisindən bəhs edən "Günahdır səni sevmək" adlı romanı çap edilib.
2015-ci ildə Azərbaycanda üç LGBT təşkilatı fəaliyyət göstərir.[39] "LGBT Azerbaijan Gay.Az" Azərbaycanda LGBT fərdlər üçün nəzərdə tutulmuş ilk informasiya portalıdır.[16] Gender və Tərəqqi İctimai Birliyi 2007-ci ildə Səhiyyə Nazirliyi tərəfindən təklif edilən yerli layihələrin həyata keçirilməsi məqsədiylə yaradılıb.[40]
Nəfəs LGBT Azərbaycan təşkilatının əsası 2012-ci ildə qoyulub[41]. Müxtəlif tədbirlər həyata keçirən təşkilat, Avropa Birliyinin Azərbaycandakı deleqasiyası və müxtəlif ölkələrinin səfirlik nümayəndələri ilə ölkədəki LGBT problemlərini müzakirə edir.[42]
Azad LGBT təşkilatının əsası 2012-ci ildə İsa Şahmarlı tərəfindən qoyulmuşdur. Təşkilat təhsil sahəsindəki LGBT problemləri və mediada daha yaxşı təmsil olunma ilə bağlı məsələlərlə məşğul olur. Təşkilat LGBT film gecələrinin təşkili də daxil olmaqla, Bakıda müxtəlif tədbirlər keçirir. Təşkilat rəhbəri İsa Şahmarlının ölümündən sonra təşkilat üzvləri "Sevgi elə Sevgidir" (Azərbaycanda LGBT fərdlərin dəstəklənməsi üçün təşkil edilmiş onlayn foto kompaniyası) və "Rəng" (İsanın doğum günü münasibətilə onun müxtəlif fotolarından təşkil olunmuş sərgi) adlı foto layihələri həyata keçirib. 2015-ci ildə Azad LGBT təşkilatı əvvəlki layihələri haqqında məlumat verən və azad onlayn təhsil alətləri təklif edən saytı təqdim edib.

 Əntiqə Rəşid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://adalet.az
archiveBu xəbər 18 Noyabr 2024 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see376

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see345

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see337

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see308

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see304

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see283

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see253

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see248

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see234

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see225

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see213

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see206

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see205

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see203

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see197

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see195

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see195

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see193

Evdə stress yaradan 5 şey

10 Noyabr 2026 01:03see181

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri