Icma.az
close
up
RU
Avropadan Rusiyaya 20 və 21 ci zərbə gəlir Nələr dəyişəcək?

Avropadan Rusiyaya 20 və 21 ci zərbə gəlir Nələr dəyişəcək?

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen yaxın günlərdə Rusiyaya qarşı 19-cu sanksiyalar paketinin təqdim ediləcəyini açıqlayıb.

Son illərdə Moskva dəfələrlə sərt iqtisadi məhdudiyyətlərlə üz-üzə qalıb, amma iqtisadi dayanıqlığı sarsılmayıb.

Globalinfo.az-a danışan siyasi şərhçi Füzuli Qurbanov deyib ki, burada geosiyasi hiyləgərlik var:

“Sanksiyalar əsasən İkinci Dünya müharibəsindən sonra dövlətlərarası münasibətlərdə müharibəyə üstünlük verilməməsindən qaynaqlanır. Yəni yumşaq güc vasitəsilə qarşı tərəfi müəyyən güzəştlərə məcbur etməyə çalışılır. Bu baxımdan, artıq onilliklərdir qurulan dünya iqtisadi şəbəkəsi vasitəsilə rəqibə qarşı sanksiyalardan istifadə edilir.

Əslində, sanksiyalar Rusiyaya təsir edir. Əgər bunlar olmasaydı, Moskva indikindən daha güclü olardı. Birincisi, güclənmə prosesi ləngidilir və qarşısı alınır.

Həmçinin oxuyun:

Moskvadan 27 ölkəyə ağır ittiham: “Oğurluq edirlər!”

İkincisi, inkişaf zəifləyirsə, həmin ölkə fövqəldövlət olsa da, cəlbediciliyi azalır. Beləcə digər ölkələr də ondan uzaqlaşır.

Üçüncüsü isə, əgər bir ölkə və ya cəmiyyət uzunmüddətli sanksiya altında qalırsa, onda inkişaf paradiqması prinsipial olaraq o cəmiyyətin strateji baxışından çıxır. Bu da cəmiyyətdə inkişafın sürətinin azalmasına, dayanmasına səbəb olur”.


Füzuli Qurbanov

Politoloq deyib ki, sanksiyalar davam etsə, bu, Rusiyanı süründürməçi hala gətirə bilər:

“Böyük ehtimalla 19-cu paketdən sonra 20-ci və 21-ci paketlər də gələcək. Lakin bu, təkcə Rusiyanın deyil, Ukraynanın da zəifləməsi deməkdir. Rusiya sanksiyalardan qurtulmaq üçün Qərbin təklif etdiyi sülhə getməlidir. Ona görə də indi dilemma qarşısında qalıb”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 30 Avqust 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see373

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see335

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see293

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see269

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see266

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see257

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see246

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see239

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see238

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see225

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see219

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see217

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see214

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see211

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see210

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see206

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see206

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see200

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see199

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri