Avropadan vətəninə
Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Gözlənildiyi kimi, Reynyer “Real”dan ayrılıb. Braziliyalı futbolçu karyerasını vətənində davam etdirəcək.
"Football-plus.az" xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi “Atletiko Mineyro”ya keçib. Bu barədə klubun mətbuat xidmətinin yaydığı məlumatda onunla müddəti 2029-cu ilin sonuna qədər nəzərdə tutulan müqavilə imzalandığı bildirilib.
Qeyd edək ki, Reynyer “Real”a 2020-ci ilin yanvarında “Flamenqo”dan 30 milyon avroya keçmişdi. Gənc futbolçu ötən müddətdə icarə əsasında “Borussiya” (Dortmund), “Jirona”, “Frozinone” və “Qranada”da çıxış edib.
“Flamenqo”nun yetirməsi olan Reynyerin “Real”ın əsas komandasında İspaniya çempionatının oyununda iştirak etmədiyini də xatırladaq.
Baxış sayı:92
Bu xəbər 20 Avqust 2025 10:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















