“Avropadan xəbərdarlıq: dünya fəlakətə doğru gedir cəmi beş il qalıb“ “The Guardian“
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Süni intellekt təhlükəsizlik mexanizmlərini sürətlə geridə qoyur..."
Dünya artıq "Terminator" ssenarisinə yaxınlaşır - süni intellektin nəzarəti ələ keçirməsi riski artıq fantastika deyil.
Moderator.az xəbər verir ki, bu barədə "theguardian.com" nəşri yazıb.
Süni intellekt real təhlükəyə çevrilir
Böyük Britaniyanın ARIA agentliyinin süni intellekt təhlükəsizliyi üzrə eksperti Devid Dalrimpi bildirir ki, bəşəriyyət maşınlarla rəqabətdə geri qalır. Onun sözlərinə görə, insanların üstünlüyünü qoruması vacib olan sivilizasiya, cəmiyyət və planetin idarə olunması sahəsində geriləmə artıq kritik həddə çatıb.
Qısa müddətdə dönüş nöqtəsi
Dalrimpi vurğulayır ki, təhlükə uzaq gələcəkdən deyil. Onun proqnozuna görə, 2026-cı ilin sonuna qədər süni intellekt sistemləri tədqiqat və inkişaf sahəsində tam iş gününü insan müdaxiləsi olmadan yerinə yetirə biləcək.
Bundan sonra İİ özünü təkmilləşdirmək imkanına sahib olacaq və bu, maşınların qabiliyyətlərində kəskin sıçrayışa səbəb olacaq. İnsanlar bu dövrədən kənarda qalacaq və texnologiyanın sürəti artıq onları qabaqlayacaq. Dalrimpi xüsusilə vurğulayır: "Bu, elmi fantastika deyil".
Beş il içində iqtisadi və təhlükəsizlik tarazlığı dəyişə bilər
Ekspertin xəbərdarlığına görə, yaxın beş il ərzində yüksək iqtisadi dəyərə malik işlərin böyük hissəsini maşınlar yerinə yetirəcək, və bunu insandan daha sürətli və ucuz edəcəklər. Bu proses əmək bazarını və qlobal iqtisadi güc balansını köklü şəkildə dəyişəcək.
Dalrimpi həmçinin dövlət sektoru ilə texnoloji şirkətlər arasındakı uçuruma diqqət çəkir. Özəl şirkətlər qarşıdan gələn sıçrayışların miqyasını daha yaxşı anlayır, lakin təhlükəsizlik tədbirləri texnologiyanın inkişaf tempinə yetişə bilmir. İqtisadi təzyiqlər prosesi ləngitməyə və qoruyucu mexanizmləri tətbiq etməyə imkan vermir.
Texnologiyanın sürəti təhlükəsizlikdən qabaqdadır
Böyük Britaniya hökumətinin Süni İntellekt Təhlükəsizliyi İnstitutunun son hesabatına görə, qabaqcıl modellərin məhsuldarlığı hər səkkiz ayda iki dəfə artır. Hazırda sistemlər stajor səviyyəli tapşırıqları 50 faiz hallarda yerinə yetirir, bir il əvvəl isə bu göstərici cəmi 10 faiz idi.
Müasir modellər artıq insan ekspertin bir saatdan çox vaxt sərf etdiyi tapşırıqları müstəqil şəkildə icra edə bilir. Ən təhlükəli siqnal isə onların özünü kopyalama qabiliyyətidir - testlərdə iki aparıcı model digər cihazlarda öz nüsxələrini yaymaqda 60 faizdən çox uğur qazanıb. Mütəxəssislər bunu süni intellektin inkişafında ən ciddi xəbərdarlıq hesab edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 07 Yanvar 2026 00:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















