Icma.az
close
up
RU
Avropanı bürüyən FƏLAKƏT Azərbaycana da çata bilər

Avropanı bürüyən FƏLAKƏT Azərbaycana da çata bilər

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropada müşahidə olunan rekord istilər son illərdə daha tez-tez təkrarlanır. Qlobal iqlim dəyişikliklərinin təsiri ilə bir çox ölkədə temperatur rekordları yenilənir, quraqlıq, su çatışmazlığı və ekstremal hava hadisələrinin sayı artır. Bəs iqlim dəyişikliklərinin təsirlərini hiss edən Azərbaycan artan temperatur, su ehtiyatlarının azalması və daha tez-tez baş verən ekstremal hava hadisələrinə nə dərəcədə hazırdır?
Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı ekoloq Sadiq Həsənov “demokrat.az”a bildirib ki, bu il Avropada havalar həddindən artıq isti keçir:
"Bu barədə Avropanın hava proqnozlarını hazırlayan Kopernik İqlim Mərkəzi məlumat yayıb. Son qiymətləndirmələrə görə, dünya üzrə temperatur artımı əvvəlki illərlə müqayisədə 0,55 dərəcə yüksək olacaq. Bu da onu göstərir ki, qlobal istiləşmə davam edir və orta temperaturun artımı dayanmır. Bu prosesin Azərbaycana da təsirləri qaçılmazdır. Mən düşünürəm ki, bu il əvvəlki illərlə müqayisədə daha isti keçir.
Biz bunu iyun ayında, eləcə də may ayının bəzi isti günlərində aydın şəkildə hiss etdik. İqlimdə baş verən dəyişikliklər artıq geri dönməz xarakter almaqdadır. İsti hava dalğalarının sayı artır, bu isə buxarlanmanı gücləndirir, quraqlığa səbəb olur və su ehtiyatlarının azalmasına gətirib çıxarır".
Ekoloq deyib ki, bu proses Qərbi Avropada, o cümlədən İngiltərə, Fransa və İrlandiyada da müşahidə olunur:
"İtaliya və İspaniyanın cənub bölgələrində havalar daha isti keçir. Almaniyada da bu il temperatur daha yüksəkdir. Artıq insanlar istirahət üçün mütləq cənub ölkələrinə üz tutmurlar, Almaniyanın özündə və Fransanın cənub sahillərində dincəlməyə üstünlük verirlər.
Temperaturun artması davamlı xarakter daşıyır. İstiləşmənin mənfi təsirləri bəzi ölkələrdə yağıntıların artması ilə müşahidə olunur. Məsələn, Türkiyədə və müəyyən qədər Azərbaycanda bu tendensiya hiss edilir. Digər bölgələrdə isə quraqlıq daha qabarıq şəkildə özünü göstərir.
Bu hal Avropanın bəzi ərazilərində, eləcə də Afrikanın şimal və cənub hissələrində müşahidə edilir. Son hesablamalara görə, Antarktida bölgəsində buzlaqların ərimə sürəti də artıb və bu proses qlobal iqlim dəyişikliklərinin əsas göstəricilərindən biri hesab olunur", - deyə o qeyd edib.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://bizim.media
archiveBu xəbər 25 İyun 2026 23:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see330

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see329

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see324

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see321

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see305

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see297

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see293

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see280

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see278

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see271

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see252

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see251

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see249

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see235

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see227

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see227

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see223

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see218

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri