Icma.az
close
up
RU
Avropanın ehtiyat anbarlarındakı qaz tükənir Ümid Trampadır...

Avropanın ehtiyat anbarlarındakı qaz tükənir Ümid Trampadır...

Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiyadan qaz idxalının azaldılması qış aylarında avropalıların qaz təchizatında müəyyən çətinliklər yaradıb. Artıq elə bir vəziyyət formalaşıb ki, avropalılar yay mövsümündə anbarlara yığılan qazı daha sürətlə istehlaka yönəldirlər. Buna görə də Avropa İttifaqı ölkələrinin ehtiyat anbarlarında saxlanılan qazın səviyyəsi 50 faizdən aşağı düşüb. 

Sfera.az xatırladır ki, Rusiya-Ukrayna müharibəsi başlayana qədər Avropanın qaz təchizatında çətinlik olmayıb. Çünki Avropa Rusiyadan böyük həcmdə qaz alırdı və idxal edilən rus qazı hesabına ehtiyaclar tam ödənilirdi. Statistikaya əsasən, 2021-ci ildə boru kəmərləri ilə Rusiyadan Avropaya qaz ixracının həcmi 155 milyard kubmetr olmaqla Avropanın idxal etdiyi qazın 40 faizini təşkil etmişdi.

Amma 2022-ci ildə müharibənin başlamasından sonra vəziyyət dəyişdi. Avropa Rusiyaya sanksiya tətbiq etdi və boru kəmərləri ilə qaz idxalı sürətlə azalmağa başladı. 2022-ci ildə Rusiyadan boru kəmərləri ilə idxal edilən qazın həcmi 60 milyard kubmetrə, 2023-cü ildə 27 milyard kubmetrə düşdü. 2024-cü ildə idxal bir qədər artaraq 32,1 milyard kubmetr olub. 

Boru kəməri ilə Avropaya qaz satışı azalan Rusiya onu maye qazla əvəz etməyə çalışır. 2024-cü ildə Rusiyanın Avropaya satdığı sıxılmış maye qaz ixracı 27,2 milyard kubmetr olmaqla rekord həddə çatıb.

Ümumilikdə, avropalılar ötən il Rusiyadan 59 milyard kub metrdən çox təbii qaz alıblar ki, bu da 2023-cü ildən çoxdur.    
  

Avropanın təbii qaz anbarlarının doluluq səviyyəsinin 50 faizdən aşağı düşməsindən sonra ehtimal edilir ki, “köhnə qitə”nin sakinləri Rusiyadan qaz idxalını 2024-cü illə müqayisədə daha da artıra bilər. Artımın daha çox sıxılmış qaz formasında olacağı ehtimal edilir. 2025-ci ildə Rusiya xarici ölkələrə sıxılmış qaz ixracını 56 milyard kubmetrə çatdırmaq istəyir. Bu qədər qazın daha çox hissəsinin Avropaya satılması planlaşdırılır. 

Qaz anbarları boşalan avropalıların Rusiyadan qaz idxalını artırması ehtimalı güclənir. Ən azından 2025-ci ildə bunun belə olacağı təxmin edilir. 

Qeyd edək ki, Avropanın rus qazından asılılığını tam aradan qaldırmaq üçün yeganə ümid yeri ABŞ-dir. Əgər ABŞ vəd etdiyi kimi maye qaz ixracının həcmini artırarsa, o halda Avropanın rus qazından asılılığı sıfıra düşəcək. Əks təqdirdə idxalı daha da azaltmaq mümkün görünmür. 

Vasif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:229
embedMənbə:https://sfera.az
archiveBu xəbər 12 Fevral 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see368

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see343

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see338

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see329

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see300

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see296

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see275

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see257

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see244

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see236

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see229

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see219

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see205

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see200

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see199

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see187

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see185

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see183

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri