Avropanın ən böyük kazinosu olacaq Emin təqdim etdi VİDEO
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
"Sea Breeze"in təsisçisi Emin Ağalarov burada fəliyyət göstərəcək kazino barədə məlumat verib.
Milli.Az xəbər verir ki, o, bu barədə instaqram hesabında paylaşım edib.
Ağalarovun sözlərinə görə, bu, Avropanın ən böyük kazinosu olacaq.
O qeyd edib ki, ərazisi 90 min kvadratmetrdən çox olan kazino xarici turistləri Azərbaycana cəlb edəcək, yüksək maaşlı iş yerləri yaradacaq.
Burada 100-dən çox oyun stolu və 1500-dən çox oyun avtomatı olacaq. Kazinoda həmçinin dünyanın müxtəlif ölkələrindən 3-5 min qonağın iştirak edəcəyi beynəlxalq poker turnirləri də keçirilə biləcək.
Məlumata görə, yalnız bir kazino daxili bazarda ildə 150 milyon dollardan çox pul xərcləyəcək.
"Bu sahədə böyük planlarımız var və mən sizinlə vizuallaşdırmalarımızı, qlobal ideyalarımızı paylaşıram. Bu layihəni reallaşdırmaq üçün bütün təsdiq və icazə mərhələlərini gözləyirik" - Ağalarov qeyd edib.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 31 İyul 2025 22:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















