Icma.az
close
up
RU
Avropanın ən “uzunömürlü” məşqçiləri...

Avropanın ən “uzunömürlü” məşqçiləri...

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Baş məşqçilər futbolda bəlkə də ən çox ədalətsizliyə məruz qalan şaxslərdi. Çünki komanda qalib gələndə, adətən, bunu futbolçuların “ayağına yazırlar”. Məğlub olanda isə günahkar məşqçi olur. Bu üzdən də məşqçilərin tez-tez dəyişdirilməsi heç kimi təəccübləndirmir. Bu yaxınlarda İqor Tudorun “Tottenhem”dəki dönəmi cəmi 44 gün çəkdi.

Bəs görəsən, hazırda Avropanın aparıcı çempionatlarında ən “uzunömürlü” məşqçilər kimlərdi? Bu yazıda məhz bu mövzu və bununla bağlı olan tendensiyalar haqda danışacağıq.
Top-11 liqada ən “uzunömürlü” məşqçilər
1. Frank Şmidt (Haydenhaym) – 6796 (gün)
2. Dieqo Simeone (Atletiko) – 5241
3. Xosep Qvardiola (Mançester Siti) – 3589
4. Frederik Takin (La Luvye) – 3224
5. Sergey Semak (Zenit) – 2992
6. Rafal Qorak (Katovitse) – 2522
7. Mikel Arteta (Arsenal) – 2320
8. Manuel Pelleqrini (Betis) – 2097
9. Marko Silva (Fulhem) – 1763
10. Miçel (Jirona) – 1755
11. Eddi Hau (Nyukasl) – 1633
12-13. Okan Buruk (Qalatasaray) – 1398
12-13. Ernesto Valverde (Atletik) – 1398
14. Kristof Pelissye (Oser) – 1281
15. Unay Emeri (Aston Villa) – 1275
16. Mixail Qalaktionov (Lokomotiv) – 1263
17. Erik Rua (Brest) – 1212
18. Aleksandr Dyuje (Anje) – 1149
19. Sebastyan Höness (Ştutqart) – 1122
20. Adrian Semenets (Yaqelloniya) - 1121
Şmidt 20 ilə yaxınlaşır!
Avropanın ən güclü 11 çempionatına nəzər salsaq, hazırda bu göstəricidə aşkar lider “Haydenham”ın çalışdırıcısı Frank Şmidtdi. Onun bu kluba təyinatı 2007-nin sentyabrında baş tutub. Yəni 52 yaşlı mütəxəssis son 18 il 8 aylıq dönəmdə eyni klubun başında yer alır! Bu, onun ən yaxın izləyicisi olan “Atletiko”lu Dieqo Simeonenin göstəricisindən (5240 gün) təxminən 30 faiz çoxdu. Ümumiyyətlə, Şmidtin göstəricisi Avropanın 11 aparıcı liqasında məşqçilərin orta iş müddətini 12 dəfə üstələyir. Qısaca qeyd edək ki, “Haydenhaym” bu məşqçi ilə 2023-də tarixində ilk dəfə bundesliqaya yüksəldi və ilk mövsümdəcə 8-ci yeri tutaraq Konfrans Liqasında oynamağa haqq qazandı. Ötən il iki cəbhədə oynamaq onlara çətinlik yaratdı və komanda yalnız 16-cı pilləni tutdu. Hazırda isə “Haydenhaym” sona 3 tur qalmış sonuncu pillədə qərarlaşıb və bundesliqa ilə vidalaşmaq üzrədi. Şmidt bir müddət öncə qərarını açıqlayaraq qarşıdakı – 20-ci mövsümün, çox güman, onun üçün “Haydenhaym”ın başında sonuncu olacağını bildirdi. Bu klub elita ilə vidalaşsa, bundesliqanın ən “uzunömürlü” məşqçisi statusu “Ştutqart”lı Sebastyan Hönessə keçəcək. Halbuki o, ümumi siyahıda yalnız 19-cu pillədədi.
İkinci pillədə hamımızın gözəl tanıdığı Dieqo Simeone qərarlaşıb. Bir qədər stajlı fanatlar gözəl xatırlayır ki, “Atletiko” 2011-in dekabrında çox qeyri-sabit nəticələr əldə edən sıradan bir klubu xatırladırdı və tez-tez məşqçiləri dəyişirdi. Argentinalı mütəxəssis öz ideyalarına əsaslanaraq “Atletiko”nu tam yeni səviyyəyə qaldırdı və uzunmüddətli bir layihəyə çevirdi. Heç şübhə yoxdu ki, Şmidt ayrılandan sonra ən yüksək səviyyədə ən “uzunömürlü” məşqçi məhz Simeone olacaq. Təbii, Qvardiolanı da unutmaq olmaz. Ünlü mütəxəssis 10 ilə yaxındı “Mançester Siti”ni çalışdırır. Aşağı liqalardakı çempionluqları saymasaq, bu klub Qvardiolaya qədər bütün tarixi ərzində “dişə vurulası” cəmi 19 titul qazanmışdı. Eyni sayda titulu kataloniyalı mütəxəssis bu 10 il ərzində qazanıb və bu il hələ bu göstəricisini yaxşılaşdırmaq şansı da var! Ümumilikdə uzunömürlülüyü ilə seçilən məşqçilərin ilk “20-liy”ində premyer-liqadan birdən-birə 5 mütəxəssisin olması diqqəti çəkir. Bu da futbolun vətənində məşqçilərə işləmək üçün çox vaxt verildiyini göstərir. Tudorun yaşadıqları isə istisnadı. Daha doğrusu, “Tottenhem”in özünün indi nə başı bilinir, nə də ayağı.
Bu siyahıda Türkiyədən də məşqçinin yer almasını xoş bir sürpriz də adlandırmaq olar. Çünki qardaş ölkədə məşqçiləri əlcək kimi dəyişmək az qala ənənəyə çevrilib. Amma “Qalatasaray” istisnadı. İstanbul nəhəngi 2022-nin yayından bəri Okan Buruka güvənməkdədi. Təcrübəli mütəxəssis isə etimadı artıqlamasıyla doğruldur və hər il çempion olur! Buruk ən “uzunömürlü” məşqçilərin siyahısında Ernesto Valverde ilə birlikdə 12-13-cü yerləri bölüşür.
Məşqçi uzun müddət çalışdıqda nəticə yaxşılaşırmı?
La Liqa və premyer-liqada, adətən, məşqçilərlə uzunmüddətli əməkdaşlıqlar qurulur. Hər iki turnirdə məşqçilərin orta iş müddəti 28 aydı. Orda çalışanların 60-65 faizi 9 aydan artıq, 40-45 faizi isə 21 aydan artıq işləyir. Təsadüfü deyil ki, ilk “20-lik”də birdən-birə 9 məşqçi məhz bu çempionatları təmsil edir. Bundesliqa məşqçilərin orta iş müddəti (23 ay) baxımından 3-cü pillədə qərarlaşıb. Ancaq hazırda cəmi 2 məşqçi 21 aylıq dönəmi haqlayıb. Bu, az öncə haqqında bəhs etdiyimiz Şmidtlə Hönessdi. Burda əksər vaxtlarda məşqçilərə işləmək üçün bir tam mövsüm verilir. İkinci mövsümün gedişində isə artıq nəticələr ürakaçan olmadıqda yollar ayrılır. Aparıcı ölkələrdən məşqçilərə ən az güvənənlər İtaliya, Portuqaliya, Türkiyə və Belçikadı. Burda məşqçilərin orta iş müddəti 8-11 ay diapazonunda dəyişir. 9 aylıq (21 aydan, ümumiyyətlə, danışmağa dəyməz) dönəmi tamamlayan məşqçilərin sayı barmaqla sayılacaq qədər azdı. Hazırda A seriyasında rekordçu son 22 ayda, “Bolonya”nın başında yer alan Vinçentso İtalyanodu. Türkiyə çempionatında hazırda cəmi 4 məşqçi öz klubunda 1 ildən artıqdı çalışır. Az öncə adını çəkdiyimiz Okan Burukdan başqa bu, “Göztəpə”də Stonimir Stoylov, “Trabzonspor”da Fatih Təkkə və “Alanyaspor”da Joao Pereyradı.
Maraqlıdı ki, ən “uzunömürlü” məşqçilərin ilk “50-liy”inə nəzər salsaq, onlardan yalnız 8-nin çalışdırdığı klub hazırda öz çempionatında düşmə zonasındadı. Ancaq sentyabrdan bəri təyin olunan 87 məşçinin durumuna nəzər salsaq, onlardan 26-nın klubu hazırda düşmə zonasındadı. Ümumi götürdükdə bir məşqçinin uzunömürlüyünün yaxşı nəticələrə səbəb ola biləcəyini iddia etmək çətindi. Düzdü, yuxarıda qeyd etdiyimiz siyahıdakı məşqçilərdən Simeone, Qvardiola. Semak, Arteta, Pelleqrini, Buruk, Emeri nəticələri ilə seçilir. Amma elə həmin siyahıda yer alan Şmidt, Takun, Qorak, Pelissye kimi mütəxəssislərin uzun müddət çalışması onların klublarının nəticələrini heç də yaxşılaşdırmır.
Yeri gəlmişkən...
2008-ci ilin avqustunun ilk günlərində “Qarabağ”ın “sükanı arxasına” keçən Qurban Qurbanov artıq 18 ilə yaxındı (213 ay və ya 6390 gün) bu vəzifəni daşıyır. Deməli, Qurban bəy yuxarıda adı çəkilən məşqçilərdən yalnız Şmidtdən geri qalır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 May 2026 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see512

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see430

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see400

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see281

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see276

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see269

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see266

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see262

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see253

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see245

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see238

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see233

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see223

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see213

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see206

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see203

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see201

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see197

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri