Avropanın iki ölkəsi qaranlığa qərq ola bilər Müzakirələr başladı
Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Finlandiya və İsveç hakimiyyət orqanları mümkün elektrik kəsintilərinə (bləkautlara) qarşı tədbirləri nəzərdən keçirirlər.
"Ölkə.az" xəbər verir ki, bu barədə “Iltalehti” nəşri ölkələrin aparıcı enerji şirkətlərinin nümayəndələrinə istinadən yazıb.
Bildirilib ki, bu qərar 2025-ci ilin yazında Pireney yarımadasında baş vermiş genişmiqyaslı enerji sisteminin nasazlığından sonra qəbul edilib.
“Biz ölkənin əhəmiyyətli bir hissəsinin qaranlığa qərq ola biləcəyi vəziyyətə hazır olmalıyıq,” — deyə Finlandiyanın elektrik şəbəkəsi operatoru olan "Fingrid" şirkətinin baş direktoru Asta Sihvonen-Punkka bildirib.
Onun sözlərinə görə, elektrik kəsintisi hava şəraiti və ya insan səhvi səbəbindən baş verə bilər. Bu səbəbdən qonşu ölkələr arasında əməkdaşlıq və informasiya mübadiləsi yollarının qurulması vacibdir.
Eyni zamanda, İsveçin enerji ötürmə sistemi operatoru olan Svenska Kraftnät şirkətinin əməliyyatlar üzrə strateji meneceri Erik Ek qeyd edib ki, ölkələri bləkautdan tam qorumaq mümkün deyil. Lakin o əlavə edib ki, İsveçdə bu cür hallara qarşı tədbirlər planı hazırlanır.
Aprelin 28-də İspaniya, Portuqaliya və Pireney yarımadası ilə sərhəd olan Fransa bölgələrində qəfil və genişmiqyaslı elektrik kəsintisi baş verib. Hadisənin səbəbləri arasında texnoloji nasazlıqdan tutmuş kibertəhlükəyə qədər müxtəlif versiyalar nəzərdən keçirilib. Şəhərlərdə işıqforlar, metro, hava limanları işləmirdi, dəmir yolu və avtomobil tunellərində hərəkət dayandırılıb. Demək olar ki, bütün banklar, kafelər və mağazalar bağlanmışdı, evlərdə işıq yox idi, mobil rabitədə fasilələr müşahidə olunub.
Sonradan Portuqaliyanın enerji operatoru Redes Energéticas Nacionais bildirib ki, elektrik şəbəkəsindəki nasazlıqlar “nadir atmosfer hadisəsi” səbəbindən baş verib. Mütəxəssislərin sözlərinə görə, İspaniyada temperaturun kəskin dəyişməsi yüksək gərginlikli elektrik xətlərində “anomal güc dalğalanmalarına” səbəb olub.(publika.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 03 Oktyabr 2025 00:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















