Icma.az
close
up
RU
Avropanın rəngi saralır “Qoca qitə” necə bu hala gəldi?

Avropanın rəngi saralır “Qoca qitə” necə bu hala gəldi?

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avropa uzun illər boyu yaşıllığın, səliqəli parkların, bol sulu çayların, möhtəşəm tarixi fəvvarələrin rəmzi kimi tanınıb. Ancaq son illərdə “Qoca qitə”nin bu ikonik mənzərəsi göz önündə sürətlə dəyişir. Anomal istilərin yaratdığı quraqlıqlar, su çatışmazlığı artıq qitənin cənub hissəsindən şimala doğru yön alıb.
Almaniya, Niderland kimi ölkələr də susuzluqdan əziyyət çəkir.
Vəziyyət o həddə çatıb ki, Almaniyanın bir sıra şəhərlərində su ehtiyatlarını qorumaq məqsədilə parkların, dövlət qurumlarının ətrafındakı yaşıllıq zolaqlarının və ictimai bağların suvarılması dayandırılıb. Bu isə o deməkdir ki, həmişəyaşıl şəhərlər çox keçməz ki, saralmış çəmənliklər və qurumuş ağaclarla “göz oxşayacaq”. Qitə, payız gəlmədən saralır, həm də soyuqdan yox, istidən...
Avropa necə bu hala gəldi?
Təbiətin qəzəbi, yoxsa insanın səriştəsizliyi? İkincini Avropaya şamil etməyə əl gəlmir, çünki dünyanın ən inkişaf etmiş ölkələrinin əksəriyyəti, ən bacarıqlı insanları, ən məhsuldar elm adamları məhz bu qitədə cəmləşir. Elə isə əsrlər boyunca elm, incəsənət, ədəbiyyat, idman, siyasət və idarəçilikdə öndə olan, qibtə olunan Avropaya göz dəyibmi?... Bu mistik qənaət sosial media istifadəçilərinin gəldiyi nəticədir.
“Təbiət Avropadan üz çevirib” demək bəlkə də emosional səslənir. Üstəlik dünyanın bir çox ölkələri bu il su qıtlığı və quraqlıqla üz-üzə qalıb. Amma Avropa kimi təbii riskləri idarə edə bilən, bazası möhkəm, ehtiyatı çoxillik bir qitə üçün xarakterik olmayan bir vəziyyəti izləyirik. Hər halda Avropa ölkələri Hindistan yaxud İran deyil.
Əslində Avropa tarixində quraqlıqlar əvvəllər də yaşanıb.
Lakin indiki dövrü fərqləndirən əsas məqam bu hadisələrin həm uzunmüddətli olması, həm də daha geniş əraziləri əhatə etməsidir. Son illərdə qeydə alınan rekord istilik, çaylarda su səviyyəsinin kəskin enməsi və meşə yanğınlarının artması artıq təsadüfi hadisələr deyil. Bunlar dəyişən iqlimin açıq xəbərdarlığıdır.
Yəni təbiətin üz çevirməyini elə hərfi mənada başa düşmək lazımdır, yəni inciklik deyil, tərs üzünü göstərir. Yüzilliklər öncəsi mülayim iqlim, zəngin sərvət və ağıllı insan üçlüyünün yaratdığı valehedici şəhərlər, memarlıq nümunələri, qoynunda neçə-neçə sülalə, hakimiyyət təmsilçiləri gəzdirmiş biçimli, cənnət guşəsi kimi tarixi saray bağları indi deyəsən təsvir və təsəvvürlərdə qalacaq.   
 

Mistik təxminlərdən ironik ehtimallara keçsək, Avropa siyasətinin yerindən-yurdundan etdiyi, yuvasını dağıtdığı və bunun nəticəsində qarşısıalınmaz miqrant axınına məruz qaldığı fakt da danılmazdır.


Avropa indi təbiət mənzərəsi olaraq saralsa da, insan amili rənginə görə qaralır... 
Çoxsaylı miqrantların sayəsində böyük şəhərlər indi asiyalıların, afrikalıların görkəmini alıb. Miqrasiya əhalinin sayını və şəhərlərin su, enerji kimi resurslara tələbatını artırır, hətta sui-istifadə də edir. Adıçəkilən qitələrin təmsilçilərində israf normal haldır və heç bir sosial çağırış, ictimai qınaq, dini şərtlər bu israfçılıq mərəzini yığışdıra bilmədi.
Bu da əlbəttə ki, su istehlakına, infrastruktur yüklənməsinə artıqlaması ilə təsir göstərdi. Ancaq təbii ki, hazırda Avropada müşahidə olunan rekord istilərin, quraqlıqların və ya iqlim dəyişikliyinin əsas səbəbini sırf miqrantların boynuna yıxmaq haqsızlıq olardı. Bu daha çox, son 200 ildə toplanmış istixana qazlarının təsiri, sürətli sənaye və texnologiyanın inkişafında rol oynayan neft, qaz, kömürün, zavod və fabriklərin, nəqliyyat sektorundan çıxan tullantı qazlarının “əməyi”dir.
Yəni təbiət sadəcə insan fəaliyyətinin nəticələrinə öz qanunları ilə cavab verir. İqlim dəyişikliyi artıq qeyri-müəyyən gələcəyin problemi deyil, bu günün acınacaqlı reallığıdır.
Şəfiqə Şəfa, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://bizim.media
archiveBu xəbər 04 Avqust 2026 08:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see593

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see319

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see310

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see310

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see302

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see281

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see279

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see277

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see266

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see263

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see247

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see247

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see245

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see240

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see237

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see229

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see228

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see227

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see205

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri