Avroviziya qalibi Bakıya gəlməkdən imtina etdi
Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Avroviziya-2026” müsabiqəsinin qalibi Dara Bakıda keçirilməsi planlaşdırılan “DreamFest 2026” festivalında iştirakdan imtina edib.
Axşam.az xəbər verir ki, bu barədə “Songfestival Azerbaijan” səhifəsi məlumat yayıb. Bildirilib ki, bolqarıstanlı müğənni sosial şəbəkələrdə ona qarşı yönələn kəskin tənqidlərdən sonra qərarını dəyişib.
Məlumata görə, Dara izləyicilərinin və pərəstişkarlarının fikirlərini nəzərə alaraq layihədən çəkildiyini açıqlayıb. Sənətçi festivalda iştirakı ilə bağlı yayılan müzakirələrdən sonra çıxış etməkdən imtina edib.
Hələlik Dara-nın özü və ya “DreamFest 2026” təşkilatçıları tərəfindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, Dara Vyanada keçirilən yarışmada “Banqaraqa” mahnısı ilə birinci olub.
Baxış sayı:167
Bu xəbər 19 İyun 2026 09:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















