Icma.az
close
up
RU
Avrozonada gənclər arasında işsizlik səviyyəsi tarixi ən aşağı səviyyədədir

Avrozonada gənclər arasında işsizlik səviyyəsi tarixi ən aşağı səviyyədədir

Icma.az bildirir, Banco.az saytına əsaslanaraq.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqında işsizlik səviyyəsi iyulda 5,9 faizə, Avrozonada isə 6,2 faizə düşüb.

Banco.az xəbər verir ki, Avropa Statistika Ofisi (Avrostat) Avropa İttifaqı (Aİ) və Avrozonanın iyul ayına dair işsizlik göstəricilərini açıqlayıb.

Buna əsasən, Aİ-də iyun ayında 6 faiz olan mövsümi amillərdən təmizlənmiş işsizlik səviyyəsi iyul ayında 5,9 faizə enib. Gənclər arasında işsizlik də 14,8 faizdən 14,4 faizə düşüb.

Avrozonada isə iyun ayında 6,3 faiz olaraq yenilənmiş işsizlik səviyyəsi iyul ayında 6,2 faiz kimi açıqlanıb. Gənclər arasında işsizlik isə 14,3 faizdən 13,9 faizə enib. Bu, Avrozonada indiyədək qeydə alınan ən aşağı gənc işsizlik göstəricisi olub.

İyul ayında işsizlik nisbəti ən yüksək olan Avropa ölkələri 10,4 faizlə İspaniya, 9,9 faizlə Finlandiya və 8,9 faizlə İsveç olub. İşsizliyin ən aşağı olduğu ölkələr isə 2,6 faizlə Malta, 2,8 faizlə Çexiya və 2,9 faizlə Sloveniya olub. Türkiyə isə 8 faizlə işsizlik səviyyəsinin ən yüksək olduğu beşinci ölkə olub.

Gənclər arasında işsizlik nisbəti ən yüksək olan ölkələr: 27 faizlə Estoniya, 24,6 faizlə İsveç və 23,8 faizlə Finlandiya olub. Almaniya və Malta 6,3 faizlə siyahının sonunda yer alarkən, İslandiya isə 7,4 faizlə Avropada gənc işsizliyi ən aşağı olan üçüncü ölkə mövqeyində qərarlaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:37
embedMənbə:https://banco.az
archiveBu xəbər 01 Sentyabr 2025 23:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri