Icma.az
close
up
RU
Avrozonanın yeni üzvü...

Avrozonanın yeni üzvü...

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bolqarıstanı bundan sonra nələr gözləyir? 

Bolqarıstan 2026-cı il yanvarın 1-dən avrozonaya daxil olacaq. Ötən ay Avropa Mərkəzi Bankı (AMB) Bolqarıstanın gələn ildən pul vahidi kimi avrodan istifadə etməsinə razılıq verib. Qurumun hesabatında ölkənin vahid valyuta məkanına daxil olmaq üçün bütün şərtləri yerinə yetirdiyi göstərilir. Bildirilir ki, ölkənin ticarət şəbəkəsi və banklar yeni valyutadan istifadəyə hazırdır.

Etirazçılar hesab edir ki...

İyulun 8-də  isə Avropa Parlamenti Bolqarıstanın 2026-cı il yanvarın 1-dən avrozonaya daxil olmasını dəstəkləyib. Təşkilatın Strasburqda keçirilən plenar iclasında baş tutan səsvermə zamanı 531 deputat Sofiyanın avrozonaya daxil olması üçün bütün tələbləri yerinə yetirdiyi barədə hesabatın lehinə, 69 deputat isə əleyhinə səs verib. Beləliklə,  avrozona ölkələri daha bir, sayca 21-ci üzvün - Bolqarıstanın üzvlüyünü təsdiqləyib. Bu, daha əvvəl kifayət qədər uzun çəkən müzakirələr və təsdiqləmə prosedurunun nəticəsi olub və yekunda Bolqarıstanın gələn il yanvarın 1-dən ümumi Avropa valyutasına keçməsi barədə qərar qəbul edilib.

2007-ci ildən Avropa İttifaqının (Aİ) üzvü olan Bolqarıstanda avroya keçid qərarı ölkədə etirazlara səbəb olub. Milli valyutanın avro ilə əvəzlənməsinin əleyhdarları hesab edirlər ki, bu, respublika iqtisadiyyatına zərər vuracaq və ölkənin suverenliyini məhdudlaşdıracaq.

Avroya keçid bahalaşmaya səbəb olacaq

Avropa İttifaqındakı mənbələr KİV-ə açıqlamasında bildirib ki, üzv dövlətlərin avroya keçidi uzunmüddətli perspektivdə həmişə müsbət faktdır, lakin keçid dövründə əhalinin sosial müdafiəsi məsələlərini həll etmək yerli hakimiyyət orqanlarının üzərinə düşür və bu, Bolqarıstana da aiddir. Həmsöhbətin fikrincə, istənilən valyuta denominasiyasının qiymətlərin sıçrayışı ilə müşayiət olunması adi iqtisadi prosesdir: “İstehlakçı qiymətləri həmişə yüksəlir, lakin müxtəlif amillərdən asılı olaraq onların hamısı eyni vaxtda və eyni formada yüksəlmir. Avroya keçid zamanı qiymətlərin eyni vaxtda artması qaçılmazdır. Lakin müəyyən səviyyəyə qalxdıqdan sonra onlar yenidən stabil mövqe tapacaqlar”.

Qeyd edilib ki, avro investorlar tərəfindən qəbul edilən sabit valyutadır və uzunmüddətli perspektivdə Bolqarıstanın avrozonaya daxil olması ölkə iqtisadiyyatına və ticarətinə müsbət təsir göstərəcək. Bu, digər Aİ ölkələrində ümumi valyutaya keçid təcrübəsində də müşahidə olunub.

Nəzərə alaq ki, son illər Aİ daxilində problemlər artmaqdadır. Birlik  maliyyə böhranı ilə də üzləşib, eyni zamanda  cəmiyyətlərdə radikal əhval-ruhiyyənin artması da müşahidə olunur. Ən əsası bir sıra üzv ölkələr öz suverenliyinin təhdidlə üz-üzə qaldığını bəyan edirlər. Bolqarıstan cəmiyyətində də avrozonaya keçidlə bağlı etirazlar da bununla bağlıdır.

Avrozona, yoxsa “müstəmləkə məkanı”?

Məlumdur ki, avrozona mövzusu zaman-zaman Aİ daxilində fikir ayrılığı yaradan məsələlərdən biridir. Hətta bir müddət öncə Aİ-nin “avrozonanın müstəmləkə məkanı”na çevrildiyindən bəhs olunurdu. Bunun əsasında isə Almaniyanın tutduğu mövqenin dayandığı bildirilir. Onun əlamətlərindən biri kimi Fransa-Almaniya tərəfdaşlığının “laxlaması” göstərilir. Çünki Berlinin həyata keçirdiyi valyuta siyasəti Parisin rəqabət imkanlarını xeyli azaldıb, bu da Aİ-nin obyektiv inkişaf potensialının aşağı düşməsinə gətirib çıxarıb. Hesab edilir ki, Aİ-nin bu mövzuda etirazların yaranmasında Almaniyanın valyuta siyasəti ciddi rol oynayır. Bəs Berlin nə üçün bu addımı atır? Görünür, o, Aİ-də əsas dövlət rolunu oynamağı, son nəticədə isə dünya siyasətində əsas söz sahibi olmağa çalışır. Bütün bunlar isə Aİ üçün çox əhəmiyyətli ola bilən geosiyasi nəticə çıxarmaq imkanı verir.

Konkret olaraq, Aİ-nin üzvlərindən biri təşkilat daxilində maliyyə-iqtisadi hegemonluğu ələ keçirmək siyasətini gücləndirdiyinə görə qarşıya xeyli problemlər çıxıb. Bu halda isə Aİ-nin hansı dərəcədə demokratik və sivil bir təşkilat olması sualı yaranır. Ona görə də, bəzi dövlətlər haqlı olaraq suverenlik problemi ilə bağlı narahatlıqlarını ifadə edirlər.

Təsadüfi deyil ki, ötən ay Avropa Komissiyası bir sıra üzv ölkələrinə qarşı müxtəlif məsələlər üzrə iddia qaldırmaqla bağlı qərar qəbul edib. Siyahıda Portuqaliya, Polşa, Yunanıstan, İsveç, İspaniya, İrlandiya ilə yanaşı, Bolqarıstan da yer alıb. Avropa Komissiyasının iddiasına görə, həmin ölkələr müəyyən qərarlara düzgün əməl etmirlər. Bu nöqteyi-nəzərdən, avrozonaya daxil olan Bolqarıstanı gələcəkdə yeni problemlərin gözləməsi də istisna deyil.

N.BAYRAMLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 İyul 2025 09:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see343

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see301

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see294

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see284

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see238

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see235

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see231

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see230

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see230

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see214

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see199

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see187

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see184

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see178

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see174

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see174

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see172

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

04 Oktyabr 2026 05:06see171

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see171

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri