Avstraliya Azərbaycan Parlamentlərarası Dostluq Qrupu təsis edilib FOTO
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu yaradılıb.
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycanın Avstraliyadakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Səfirliyin məlumatında vurğulanır ki, dostluq qrupu 8 Noyabr - Zəfər Günündə Avstraliya Federal Parlamentində rəsmən təsis edilib.
Bildirilir ki, Sağlamlıq, yaşlılar və əlillik üzrə daimi komitənin sədri Mayk Frilender (Əmək Partiyası) və Ticarət və investisiya üzrə birgə daimi komitənin sədr müavini Rik Uilson (Liberal Partiya) parlamentlərarası dostluq qrupunun Avstraliya tərəfdən həmsədrləridirlər.
Qrupa yüksəkvəzifəli rəhbərlər, o cümlədən Senatın sədri Syu Layns, Nümayəndələr Palatasının spikeri Milton Dik və digər parlamentarilər daxildirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:23
Bu xəbər 10 Noyabr 2025 18:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















