Avstraliya üçüncü ölkələrin vətəndaşlarının deportasiyasını sürətləndirir
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 3 sentyabr, AZƏRTAC
Avstraliya hökumətinin cümə axşamı vətəndaşlığı olmayan şəxslərin üçüncü ölkələrə deportasiyasını asanlaşdırmaq üçün qanun qəbul edəcəyi gözlənilir ki, bu da insan hüquqlarının müdafiəsi qrupları tərəfindən kəskin tənqidlərə səbəb olub.
Nauru Prezidenti David Adeanq cümə günü bildirib ki, Avstraliya köçürülmə proqramını dəstəkləmək üçün fond yaratmaq məqsədilə ilkin olaraq 261 milyon dollar, eləcə də əməliyyat xərclərinə ildə 45 milyon dollar vəsait ayıracaq.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, Avstraliya cümə günü Nauru ada dövləti ilə kriminal keçmişinə və ya mənfi imicinə görə viza verilməyən və təqiblərdən qorxaraq öz ölkələrinə qayıda bilməyən yüzlərlə qaçqının məskunlaşdırılması üçün saziş imzalayıb.
Naurunun keçən il gəlirinin üçdə ikisi və ya 129,96 milyon dollar Avstraliya tərəfindən maliyyələşdirilən sığınacaqların qəbulu mərkəzinə ev sahibliyi etməkdən əldə edilib.
Belə ki, cəmi 12 min əhalisi və 21 kvadrat kilometr ərazisi olan Nauru xarici yardıma arxalanır. Onillik insan qaçaqmalçılığı əleyhinə siyasətin bir hissəsi olaraq, Avstraliya dəniz yolu ilə gələn və sığınacaq axtaran şəxslərin qaçqın statusunun qiymətləndirilməsi üçün onları dənizdəki saxlama mərkəzlərinə göndərir və bu insanlara vizala verməkdən imtina edir. Bu praktika BMT İnsan Haqları Komitəsi tərəfindən tənqid edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 03 Sentyabr 2025 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















