Icma.az
close
up
RU
Avstraliya və Yeni Zelandiyada güclü küləklər yanğınlara və ekstremal istilərə səbəb olur

Avstraliya və Yeni Zelandiyada güclü küləklər yanğınlara və ekstremal istilərə səbəb olur

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 22 oktyabr, AZƏRTAC

Çərşənbə günü, oktyabrın 22-də Avstraliya və Yeni Zelandiyanı güclü küləklər bürüyüb, onlar meşə yanğınlarına səbəb olub və yaz temperaturunun kəskin yüksəlməsi Sidneyin bəzi yerlərində oktyabr ayının isti hava rekordlarını qırıb.

AZƏRTAC Avstraliyanın Meteorologiya Bürosuna istinadla xəbər verir ki, çərşənbə axşamı çöllük ərazilərdə toplanan güclü isti hava kütləsi hazırda cənub-şərq istiqamətində hərəkət edərək ifrat istilər gətirir.

Sürəti saatda 100 kilometrə çatan küləklər meşə yanğını təhlükəsini artırıb və hakimiyyəti əhalinin ən sıx məskunlaşdığı Yeni Cənubi Uels ştatında bir neçə yanğın qadağası tətbiq etməyə məcbur edib.

Hakimiyyət nümayəndələrinin məlumatına görə, ümumilikdə 36 yanğın baş verib, onlardan 9-u hələ də söndürülməyib, həmçinin 2 minə yaxın ev işıqsız qalıb.

Günorta saatlarında Sidneyin mərkəzi işgüzar bölgəsində temperatur 37 dərəcə Selsini keçib, Penrit və Bankstaun şəhərlərinin ətraf ərazilərində isə temperatur demək olar ki, 40 dərəcəyə çatıb. Bu, oktyabr ayının istilik rekordlarının qırılması deməkdir.

“Biz erkən yaz mövsümündə inanılmaz dərəcədə yüksək temperatur görürük”, -deyə Meteorologiya Bürosunun sinoptiki Anqus Hayns bildirib.

Yeni Zelandiyanın hakimiyyət orqanları Tasman dənizi bölgəsi üçün nadir “qırmızı” külək xəbərdarlığı edib. Bu kateqoriyadan olan xəbərdarlıq yalnız ölkənin mərkəzi və cənub hissələrində ən ekstremal hava hadisələri üçün verilib.

Yanğınsöndürənlər Cənub adasındakı Kaikoura yaxınlığında və Şimal adasındakı Hoks körfəzində külək nəticəsində yaranan meşə yanğınları ilə mübarizə aparmalı olublar. Yanğınlar indiyədək bir neçə əmlakı, o cümlədən beş evi məhv edib.

İsveçin mebel nəhəngi IKEA-nın ana şirkəti olan “Ingka” yanğının mebel istehsalı üçün istifadə edilən bir neçə şam ağacını məhv etdiyini, lakin bunun şirkətin qlobal təchizat zəncirinə təsir etməyəcəyini təsdiqləyib.

Çərşənbə günü günortadan sonra hökumət kəskin hava şəraitinə reaksiya vermək üçün Kenterberi bölgəsində də fövqəladə vəziyyət elan edib.

Meteoroloji Xidmət cümə axşamı Cənub adasının şərq sahillərində küləyin sürətinin saatda 150 kilometrə və paytaxt Vellinqton yaxınlığında saatda 140 kilometrə çatacağını gözləyir. Ölkənin bəzi rayonlarında leysan xarakterli yağışların intensiv olacağı proqnozlaşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Oktyabr 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri