Avstraliyada yüksək patogenli H5N1 virusuna ilk şübhəli hal aşkarlanıb
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 19 iyun, AZƏRTAC
Qərbi Avstraliyada köçəri quşlar üzərində aparılan ilkin testlər yüksək patogenli H5N1 quş qripi virusuna şübhəli müsbət nəticə verib.
AZƏRTAC SBS Avstraliya xəbər korporasiyasına istinadla xəbər verir ki, nümunələr təsdiqləyici analiz üçün Avstraliya Xəstəliklərə Hazırlıq Mərkəzinə göndərilib. Nəticələrin iyunun 20-də açıqlanacağı gözlənilir.
Federal kənd təsərrüfatı naziri Culi Kollins bildirib ki, yüksək patogenli H5N1-in təsdiqlənməsi gözlənilməz olmasa da, ciddi xəbərdarlıq siqnalı olacaq. Onun sözlərinə görə, vəziyyətin idarə olunması üçün müvafiq hazırlıq tədbirləri görülüb.
Qeyd edək ki, 2020-ci ildən bəri yüksək patogenli H5N1 virusu Avstraliya materiki istisna olmaqla bütün qitələrdə yayılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 19 İyun 2026 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















