Avstraliyadakı soydaşlarımızdan Anım Günü ilə bağlı bəyanat
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Avstraliyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları 27 Sentyabr – Anım Günü ilə əlaqədar bəyanat yayıblar.
Bakıvaxtı.az xəbər verir ki, Avstraliya Azərbaycanlıları Assosiasiyası (AAA) və Avstraliya Azərbaycan Assosiasiyaları Alyansı adından yayılan bəyanatlarda Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Qeyd olunub ki, 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi mərhələ olub. Azərbaycan xalqının birliyi, Silahlı Qüvvələrimizin qəhrəmanlığı və şəhidlərimizin fədakarlığı ölkə tarixində mühüm iz qoyub.
Bəyanatda beynəlxalq hüququn norma və prinsiplərinin bütün dövlətlərə münasibətdə bərabər tətbiqinin vacibliyi vurğulanıb, sülhün, təhlükəsizliyin, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmətin qorunmasına çağırış edilib.
Avstraliyada yaşayan azərbaycanlıların Azərbaycanın haqq səsini beynəlxalq ictimaiyyətə çatdırmağı, milli birlik və həmrəyliyi qorumağı, tarixi həqiqətləri gələcək nəsillərə ötürməyi özlərinə mənəvi borc hesab etdikləri diqqətə çatdırılıb.
Sonda şəhidlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib, onların əziz xatirəsinə ehtiram ifadə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 29 Sentyabr 2026 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















