Icma.az
close
up
RU
Avstriyada qızını 24 il zirzəmidə saxlayaraq zorlayan manyak azadlığa çıxa bilər

Avstriyada qızını 24 il zirzəmidə saxlayaraq zorlayan manyak azadlığa çıxa bilər

Icma.az, Oxumeni.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avstriyada qızını 24 il zirzəmidə saxlayaraq zorlayan manyak azadlığa çıxa bilər

Öz qızını 24 il zirzəmidə saxlayaraq zorlayan avstriyalı manyak Yozef Fritzl 2026-cı ilə qədər şərti azadlığa çıxa bilər. Bu barədə Britaniyanın “Mirror” nəşrinə məhbusun vəkili Astrid Vaqner məlumat verib.

2024-cü ilin may ayında 89 yaşlı Fritzl cinayətkarlar üçün psixi xəstəxanadan adi həbsxanaya köçürüldü. Sonra məhkəmə qərara gəldi ki, manyak artıq təhlükəli hesab edilmir və onu psixiatriya mərkəzində saxlamağa ehtiyac yoxdur.

"Biz məhkəmə prosesinə mart ayında başlayacağıq və şərti azadlığa buraxılması üçün müraciət edəcəyik və məhkəmə bunu rədd edərsə, biz apellyasiya şikayəti verəcəyik və onun vəziyyətini nəzərə alaraq, onun gələn ilə qədər azad ediləcəyinə inanıram,"- Vaqner deyib.

Onun sözlərinə görə, Fritzl azad olduğu zaman onu səmimi qarşılayacaqlarına və “musiqi ilə böyük bayram” keçirəcəklərinə inanır. Eyni zamanda vəkil qeyd edib ki, kişi hər gün törətdiyi cinayətlərdən peşman olur.

Vaqner əlavə edib ki, qohumlar artıq Fritzllə ünsiyyətdə olmaq istəmirlər.

2008-ci ilin aprelində dünya Vyanadan 130 km aralıda yerləşən Amştetten qəsəbəsindəki öz evinin zirzəmisində xüsusi tikilmiş beton kamerada 24 il öz qızı Elizabeti saxlayan manyak Fritzlin şok hekayəsini öyrəndi. Cinayətkar öz qızından yeddi uşaq (birisi də sağ qalmayan olmaqla) atası olaraq onu zorlamaqda və qanunsuz əsirlikdə ittiham olundu.

20 ildən çoxdur ki, təkcə Fritzl ailəsinin qonşuları deyil, həm də Elizabetin anası da 1984-cü ildə qızın məzhəbçilərlə birlikdə evdən qaçdığına əmin idi. Bu, Elizabethin əliylə yazılmış və onu axtarmamağı xahiş etdiyi məktubla təsdiqləndi. Ata məktubu qızına diktə etmişdi.

Almaz Həsənli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 13 Fevral 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri