Avtobus dayanacağı yoxdur, amma sürücüyə cərimə yazılıb ŞİKAYƏT FOTO VİDEO
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Qayda pozmadığı halda cərimələnən sürücü redaksiyamızın qaynar xəttinə müraciət edib. Avtosfer.az xəbər verir ki, hadisə Şamaxı şəhərində baş verib. Onun sözlərinə görə, idarə etdiyi 10-SR-525 dövlət nömrə nişanlı “Tofaş” markalı avtomobili şəhərin mərkəzi bazarının qarşısında dayanma-durma qadağan edilməyən ərazidə saxlayıb. Buna baxmayaraq, sürücünün barəsində inzibati cərimə tətbiq olunub. Qərarda qeyd edilib ki, avtomobil guya avtobus dayanacağında park edilib.
Sürücü isə həmin yerdə nə avtobus dayanacağı nişanının, nə də nişanlanma xəttinin olduğunu bildirir. Ərazidən çəkilmiş videogörüntüdə də avtobus dayanacağını bildirən nişanın olmadığı açıq şəkildə görünür.
Sürücü məsələ ilə bağlı Dövlət Yol Polisi İdarəsinə rəsmi ərizə ilə müraciət etdiyini, lakin hələ də cavab ala bilmədiyini qeyd edib.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 02 Oktyabr 2025 09:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















