Icma.az
close
up
RU
Yol polisi stop da dayanan sürücüyə cərimə yazdı ŞİKAYƏT VİDEO

Yol polisi stop da dayanan sürücüyə cərimə yazdı ŞİKAYƏT VİDEO

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda qaydaları pozmayan sürücü yol polisi əməkdaşı tərəfindən cərimələnib. Bu barədə Avtosfer.az-ın daimi oxucusu Elnur Nuruzadə məlumat verib.

Onun sözlərinə görə, mayın 22-də paytaxtın Əliyar Əliyev küçəsindən sağa – Heydər Əliyev prospektinə dönərkən “stop” nişanının tələbinə uyğun olaraq tam şəkildə dayanıb. Buna baxmayaraq, yol polisi əməkdaşı onu saxlayaraq “stop” nişanının tələbini pozduğunu bildirib və barəsində inzibati protokol tərtib edib. Sürücü heç bir qayda pozuntusuna yol vermədiyini və bu cərimənin haqsız olduğunu qeyd edir.

Yol polisi hansı halda sürücüyə "stop" nişanına görə cərimə yaza bilər?

Qanunvericiliyə görə, “stop” nişanı “yol ver” nişanından fərqli olaraq avtomobilin tam dayanmasını tələb edir. Yəni baş yolda hərəkət edən nəqliyyat vasitəsi olmasa belə, sürücü mütləq şəkildə hərəkətini tam dayandırmalı və yalnız bundan sonra yoluna davam etməlidir.

Əgər “stop” nişanı olan kəsişmədə “stop” xətti varsa, sürücü məhz bu xəttin qarşısında dayanmalıdır. Xətt yoxdursa, bu halda nişanın qarşısında dayanmaq tələb olunur.

Bu tələbləri pozan sürücü digər nəqliyyat vasitəsinə yol vermədiyi halda, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, 100 manat cərimə və 3 cərimə balı ilə məsuliyyətə cəlb olunur. Əgər sürücü “stop” nişanında dayanmadan hərəkət etsə, lakin heç kimə mane olmasa, bu zaman 327.1-ci maddəyə əsasən 40 manat məbləğində cərimə tətbiq edilir.

Fərid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:621
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 23 May 2025 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri