Avtobus zolağına girməyən sürücü yolu kəsdi, sonra nalayiq hərəkət etdi VİDEO
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakıda yol hərəkəti qaydasını pozan avtobus sürücüsünün videosunu oxuculardan biri qeydə alaraq redaksiyamızın qaynar xəttinə göndərib. Avtosfer.az xəbər verir ki, hadisə fevralın 6-da avtovağzal dairəsində qeydə alınıb.
Belə ki, görüntünü qeydə alan sürücü sağa dönən zaman 67 saylı xətt üzrə fəaliyyət göstərən 90-VX-916 qeydiyyat nişanlı avtobusun sürücüsü onun qarşısını kəsib. Videogörüntüdən də aydın şəkildə görünür ki, avtobus sürücüsü onlar üçün nəzərdə tutulan zolağa daxil olmayıb. Eyni zamanda sərnişinləri yolun ortasında düşürərək onların həyatını təhlükə altında qoyub.
Görüntünü qeydə alan sürücü öz iradını bildirib getdikdən sonra, avtobus sürücüsü ona əl hərəkətləri ilə nalayiq işarələr verib.
Sözügedən videonu təqdim edirik.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 17 Fevral 2025 09:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















