Avtobus zolağında unudulan qırıq xətlər sürücüləri qayda pozmağa məcbur edir VİDEO
Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsində hərəkətin təşkilində yaranmış problem sürücüləri çətin vəziyyətə salır və onları qaydaları pozmağa məcbur edir. Redaksiyamızın qaynar xəttinə müraciət edən oxucu göndərdiyi görüntüdə bu problemi izah edib. Videoda görünür ki, Məhəmməd Hadi küçəsi ilə kəsişən ərazidə (Xətai Rayon Məhkəməsinin yaxınlığında) avtobus zolağına daxil olan sürücülər həmin zolağı tərk etmək istədikdə, qarşılarına bütöv xətt çıxır. Nəticədə, sürücülər qanun pozuntusuna yol vermək məcburiyyətində qalaraq bütöv xəttin üzərindən manevr edirlər.
Hərəkətin təşkilində nöqsan olduğu halda sürücülər heç bir məsuliyyətə cəlb edilə bilməz. Ümid edirik ki, aidiyyəti qurumlar tez bir zamanda yaranmış nöqsanı aradan qaldıracaq.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 24 Yanvar 2025 19:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















