Avtobusla velosipedçini çətin vəziyyətə saldı Video
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
Sumqayıtda avtobus sürücüsü velosipedçiyə təhlükəli vəziyyət yaradıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə görüntüləri velosiped həvəskarları çəkərək sosial şəbəkədə paylaşıblar. Videodan məlum olur ki, avtobus yolun sağı ilə hərəkətdə olan velospedçinin yanından sürətlə və təhlükəli şəkildə keçir. Nəticədə velosipedçi xəsarət alır, sürücü isə hadisə yerindən uzaqlaşır.
DİN-in Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə Sumqayıt şəhəri ərazisində sərnişin avtobusunun velosiped idarə edən şəxsə təhlükəli vəziyyət yaratmasını əks etdirən görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb: “Keçirilən tədbirlərlə avtobusu idarə edən sürücü, 34 yaşlı E.Əliyev müəyyən olunaraq izahatının alınması üçün ərazi polis orqanına dəvət edilib. Nəqliyyat vasitəsi mühafizə olunan müvəqqəti duracağa yerləşdirilib.
Faktla bağlı təhqiqat araşdırmaları davam etdirilir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 10 Avqust 2026 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















