Avtobuslarda qiymət artımı taksi qiymətlərinə təsir göstərəcək? AÇIQLAMA
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Dünən qəbul edilən qərara əsasən ictimai nəqliyyatda gediş haqqı 60 qəpik müəyyən edilib. Bu isə taksilərdə qiymət artımı məsələsini gündəmə gətirir.
Taksilərdə qiymət artımı baş tuta bilərmi?
Redaktor.az-a danışan iqtisadçı Xalid Kərimli bildirdi ki, taksi qiymətini rəqəmsal texnologiya və Nəqliyyat Nazirliyi təyin etmir:
"Taksilərdə qiyməti bazar təyin edir. Tələbatın vəziyyətindən, günün vaxtından, taksinin növündən asılı olaraq qiymətlər fərqli ola bilər. Hətta eyni taksi ilə günün müxtəlif vaxtlarında fərqli qiymətlərə gedə bilərsiniz. Avtobus qiymətləri ilə taksi qiymətlərinin arasında ciddi əlaqə yoxdur. Avtobus qiymətlərini də o qədər qaldırmayıblar ki, əhali avtobusu bahalı hesab edib taksiyə minsin. Taksi qiymətləri daha bahadır. Artımdan sonra avtobus qiymətləri 60 qəpikdən başlayırsa, taksi qiymətləri ən qısa məsafəyə belə 2 manat 50 qəpikdən başlayır. 10 qəpiyə narahat qalıb daha bahaya heç kim getməz. Ona görə də heç bir əlaqə yoxdur. Ümumiyyətlə, taksi qiymətlərini də dövlət qaldırmadığına və endirmədiyinə görə burada belə inzibati qərar da gözlənilmir".
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 30 Sentyabr 2025 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















