Icma.az
close
up
RU
Yanacaq bahalaşmayıbsa, avtobuslarda qiymət artımı əsassızdır AÇIQLAMA

Yanacaq bahalaşmayıbsa, avtobuslarda qiymət artımı əsassızdır AÇIQLAMA

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Metro nəqliyyatında və müasir stansartlara cavab verən avtobuslarda sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 60 qəpik təşkil edəcək. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatında bildirilib.

Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Adil Nəbiyev bildirdi ki, əslində, bunu süni artım kimi qiymətləndirmək olar:

"Heç bir real səbəb olmadan, xüsusilə də yanacaq qiymətləri artmadığı halda, qiymətlərin qalxması əsaslı görünmür. Adətən, ictimai nəqliyyatda qiymət artımı yanacaq bahalaşdığı zaman baş verir. Halbuki son zamanlar ölkəmizə gələn avtobusların demək olar ki, hamısı elektriklidir. Bu nəqliyyat vasitələrində yanacaq istifadə olunmur, elektrik isə daha ucuz başa gələn enerji növüdür".

Ekspert qeyd etdi ki, hazırda qiymət artımına əsas verəcək real səbəb yoxdur:

"Belə bir artım, əslində, müsbət hal deyil. Çünki avtobus qiymətlərinin qalxması zəncirvari şəkildə taksi və digər nəqliyyat xidmətlərinin də bahalaşmasına səbəb olacaq. Digər ölkələrdə, məsələn, hər ilin əvvəlində yanvar ayında əməkhaqqı artımı ilə paralel olaraq ictimai nəqliyyatda və bəzi xidmət sahələrində qiymət artımı müşahidə olunur. Amma əgər bizdə əməkhaqqı dəyişmirsə, əhalinin alıcılıq qabiliyyəti artırılmırsa, bu cür qiymət artımı insanların həyat səviyyəsinə mənfi təsir göstərir. Xüsusilə də gündə bir neçə dəfə ictimai nəqliyyatdan istifadə edən insanlar üçün bu artım əlavə yük olacaq. Bu yaxınlarda yayılan məlumatlara görə, qiymət artımı məsələsi müzakirə olunub, lakin hələ rəsmi qərar verilməyib. Bildirilir ki, tələbələr və təqaüdçülər üçün müəyyən güzəştlər nəzərdə tutulur, lakin bu güzəştlərin necə tətbiq olunacağı hələ bəlli deyil. Ümumilikdə, qiymət artımı ciddi fəsadlara yol aça bilər", - deyə Adil Nəbiyev yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 Sentyabr 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri