Icma.az
close
up
RU
Avtobusun təkərini necə deşməli?!

Avtobusun təkərini necə deşməli?!

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Eşidirəm, deyirlər: "Elmlər Akademiyasının qarşısına bir velosiped qoysam, beş polis birdən gələcək, amma Kəramətin o boyda avtobusunu görən yoxdu".

Adama deyərlər, get, velosipedini qoy ora, gör, həqiqətən də polislər gəlir, ya yox.

Bunu eləmək heç kimin ağlına gəlmir, ya da bu, heç kimin əlindən gəlmir.

Kəramətin də elə kəraməti ondadır - başqalarının eləmədiyini eləyir, demədiyini deyir.

Ömründə bircə dəfə də olsun, hökumətin toyuğuna "kiş" deməyənlər Kəramətə gələndə, şirə, pələngə dönür; kimisinin tənqidçi ruhu şahə qalxır, kimisinin müxalif damarı tutur, kimisinin də ədəbi təəssübü covlana gəlir...

Dediklərindən də belə çıxır ki, hökumət müxalifəti, Kəramət də Ədəbiyyatı avtobusa mindirib "ucuzlaşdırır"...

Vallah, avtobusa mindi, ya minmədi, fərq eləmir. Ucuz adam təyyarənin biznes klassında da ucuzdur, qiymətli adam isə velosipeddə də gəzsə, içindəki dəyəri itirməyəcək.

Sən qızıla "mis" deyəndə, o, dönüb mis olmur ki. Qızıldırsa, qızıldır, misdirsə, misdir. Adam əvvəldən yaxşıdırsa, yaxşıdır, əvvəldən pisdirsə, pisdir.

Nə isə. Sözüm onda yox. Kəramət Böyükçölün avtobusda kitab satmağını deyirdim axı. Ağız büzənlər, göz süzdürənlər, qaş oynadanlar olub və olacaq. Adam kitab satır da, torpaq satmır ki.

Biri tərəfini satır, biri şərəfini satır. Biri bədənini satır, biri Vətənini satır... Qardaş qardaşı keçi qiymətinə satır, kimsənin tükü tərpənmir.

Satan satanadır.

Bunlar qalıb bir tərəfdə, bir para adamlar tökülüşüb ortaya, deyir, Kəramətə niyə icazə veriblər Akademiyanın qabağına avtobus qoysun?

Yaxşı, hə, o avtobusu da ordan götürtdürün. Bununla hər şey düzələcək?!

Küçədə kitab satmaqda nə qəbahət var?! Küçədə, meydanda öz şeirlərini satmaqla baş saxlamış Məhəmməd Hadiyə postfaktum ürəyimiz yanır, amma Kəramət Böyükçölün avtobusunu gözümüz götürmür. Elə gecə-gündüz əlimiz göydədir ki, hökumət gəlib o avtobusu ordan götürsün.

Deyək ki, gəlib, götürdü. Hə, sonra?! Sənin avtobusunu qoyacaq onun yerinə?! Nə özünə əl qatmısan?!

Küçədə özünü satan qadınları, "kişi"ləri yığışdırdıq, qaldı kitab satanı yığışdırmaq?!

Hərdən belə baxıram, vallah, cəmiyyətin özünün özünə qoyduğu qadağalar hökumətin qoyduğu qadağalardan az deyil, bəlkə daha çoxdu. Ya da görürsən, hökumət nə vaxtsa, yaxşı olan nəyi qadağan eləyibsə, onu əvvəlcə cəmiyyət özü "burunlayıb".

Metroda qəzet, jurnal, kitab satanların "əl-ayağa dolaşdığını" birinci Metropoliten deməmişdi, "hörmətli sərnişinlər" deyinmişdi. Guya adamların hərəkətinə mane olur.

Düşünən beyinlər yeriyən ayaqların "yolunu kəsirmiş" sən demə. Öz kitabları ilə, qəzet-jurnalı ilə.

Görən gözlərə hamıdan qabaq elə özümüz çöp uzadırıq. Sonra da təəccüblə soruşuruq: bu gözüqıpıq nəsil hardan çıxdı?!

Necə yəni hardan çıxdı?! Hamı hardan, o da ordan...

Kitabla dostlaşmağı bacarmayan, hətta elmlə, biliklə düşmənçilik eləyən bir toplumun yazıçısı olmaq asandır bəyəm?!

Keçmiş Sovet məkanında hamıdan çox bizdə "xalq yazıçısı" var, onların doxsan doqquz faizindən xalqın xəbəri yoxdu. Elə o doxsan doqquz faizin də xalqdan xəbəri yoxdu. Çünki onların çoxu xalqın içindən yox, dönəm padşahının "cibindən" çıxıb. Elələri də var, xalqın içindən çıxıb, ancaq elə o gedəndi, çıxıb gedib.

İndi mühərriksiz bir avtobusa "minib", Xalqın içinə gedən pis-yaxşı bir yazıçı var, onu da özümüz dartıb xalqın içindən çıxarmağa çalışırıq.

Günahı nəymiş?!

Kitab satırmış!

Guya öz kitabını satmaq təkcə Kəramətin başında görünüb.

Küçədə kitab satmaq günahdırsa, onda gərək Amerikalılar Kristofer Hersi Manhettendə ayaqlarından asaydı. Ya da Kanadalılar, Kilodneyi daşqalaq etməliydi...

Kəramət Böyükçöl də özündən böyüklərin açdığı cığıra düşüb gedib, öz yolunu belə tapıb.

Hə, deyirsiniz, "yaşamağın yolunu tapıb", bəs nə etməli idi?! Küçələrdə ac-yalavac, səfil-sərgərdan sürünmək yaxşıdır, ancaq kitab satıb, adam kimi ömür sürmək yox?!

...Nədənsə biz birləşib bir-birimizi xoşbəxt eləməyi yox, bədbəxt eləməyi çox yaxşı bacarırıq. Kimsə təkbaşına xoşbəxt olmağa çalışanda, tutub ayağından çəkirik və o deyirik: "Mənim öz xoşuma bədbəxt olduğum ölkədə sən niyə təkbaşına xoşbəxt olursan ki?! Özbaşınasan?!"

Yox, çoxluğun bədbəxt olduğu yerdə kimsə ayrılıqda xoşbəxt ola bilməz; mütləq gəlib, hamının bədbəxtliyinə "şərik çıxmalıdır". Biz bir-birinin bədbəxtliyindən toxtaqlıq tapan fərdlərin toplumuyuq. Bir-birini bədbəxt görəndə xoşbəxt olanların cəmiyyəti...

Kəramət Böyükçöl kimdir?! Ədəbiyyatın çölçülüyünü eləyən adam. Kimsə ona ictimai sədaqətin küçədəki ticarəti ilə məşğul olan adam kimi baxır, hətta "hökumətin proyekti" deyənlər də var.

Vallah, bilmirəm, kim kimin "proyekt"idir. Heç kim də içi bizqarışıq süddən çıxmış ağ qaşıq deyilik. Ölkədəki günah ölkəyə sığmırsa, deməli hamı bulaşıb; kimisi az, kimisi çox. Morris Düverje demiş: "Ədalətin olmadığı yerdə hamı günahkardır".

Deyəsən, elə hər kəs ayrı-ayrılıqda, ya da hamı bir yerdə "proyekt"dir. Kəramət də br "proyekt"dirsə, onda deməli, hökumət istəyəndə uğurlu proyekt də qura bilirmiş...

Dediyim kimi, indiki cəmiyyətin özünə elə bütövlükdə "hökumətin proyekti" kimi baxmaq olar. Bax,"uşaqpulu" söz birləşməsi üstündə ikiyə ayrılıb bir-biri ilə didişən elə bil heç biz deyilik. Birləşib "uşaqpulu" demək əvəzinə, bölünüb "uşaqpulu" deyir.

Məsələ uşaqpulunda da deyil; hər cür haram çox adamın boğazından keçə bilir, amma bir adamın sözü o biri adamın boğazından keçmir. Başqasının boğazına şərik olmaq - boğaz ortaqlığı çox adamın çoxdankı şakəridir. Ortaqlıq alınmayanda, ya da pozulanda bir-birinin boğazına bıçaq dirəyənləri də çox görmüşük.

Kitab oxumayanları qınamırıq, kitab yazanı, öz halal kitabını satanı gözümçıxdıya salırıq.

Qoymayaq e, halal çörək qazanan kimsə qoymayaq qalsın. İmkan verməyək.

Nə deyirsiniz? İndi neyləyək?! Ölkənin köklü problemlərini qoyaq bir tərəfə, birləşək, əl birliyi ilə Kəramətin avtobusunun " təkərini deşək"?!

Hərdən heyrətə gəlirəm: Sovet quruluşu otuz beş ildi dağılıb, ideoloji arxitekturası da uçulub-tökülüb. Bolşevizmi çoxdan tarixin arxivində toz basır. Ancaq ölkədə hələ də bolşeviklər meydan sulayır. Demir: "Başqasında varsa, məndə də olsun". Deyir: "Məndə yoxdursa, başasında da olmasın.

Başqa nə deyim.

Deyəcəyimi çoxdan demişəm: kitaba düşmən kimi baxan cəmiyyətlərdə kitabsızlar at oynadır...

Bəlkə düz demirəm?!

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:272
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 09 İyun 2026 18:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see365

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see351

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see275

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see265

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see255

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see244

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see237

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see236

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see231

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see223

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see221

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see212

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see211

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see190

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see188

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see185

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see177

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see173

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri