Icma.az
close
up
RU
Avtomobil təmiri yerləri yollarda sıxlığa səbəb olur Günah kimdədir?

Avtomobil təmiri yerləri yollarda sıxlığa səbəb olur Günah kimdədir?

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Bakıda yol kənarlarında fəaliyyət göstərən avtomobil təmiri sexləri yollarda sıxlığa səbəb olur. Təmirə gətirilən avtomobillər və ya təmir prosesi zamanı yol kənarında saxlanılan avtomobillər digər avtomobillərin hərəkətini çətinləşdirir, yollarda süni sıxlığa səbəb olurlar. 
Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bu məsələ uzun müddətdir ciddi problem olaraq qalır:
“Uzunmüddət ərzində müəyyən addımlar atılır. Profilaktik tədbirlər görülür, xəbərdarlıqlar edilir və lazım gəldikdə cərimələr tətbiq olunur. Yadımdadır ki, bir müddət öncə Binəqədi rayonunda yol kənarında saxlanılmış 6 avtomobilin sahibi tapılmadığı üçün avtomobillər evakuatorla cərimə meydançasına aparıldı. Yolun təmiz saxlanması vacibdir, sakinlər də bu məsələdən narazıdırlar”.
Ekspert qeyd edib ki, təmir sexlərinin bir çoxu icarəyə götürülmüş obyektlərdə fəaliyyət göstərir:
“Ustaların günahı yoxdur, çünki əksər hallarda icarədarlar sex üçün yer təmin edir. Lakin onlar təmir üçün əlavə parkinq yerləri yaratmalıdır. Bəzi sexlər cəmi 2 avtomobil üçün yerə malik olsa da, eyni vaxtda 10 maşını qəbul edirlər. Xüsusilə rəngsazlar, dəmirçilər, motor və ötürücü qutu ustaları işləri uzun çəkdiyindən avtomobillər yol kənarında qalır. Bu da müəyyən problemlər yaradır”. 
Mütəxəssis əlavə edib ki, şəhərin mərkəzi rayonlarında bu problem daha az görünür: 
“Mərkəzi ərazilərdə obyektlərə nəzarət daha yüksəkdir. Lakin digər rayonlarda yol kənarları sexlər tərəfindən zəbt olunur. Maşın sahibi özünü haqlı hesab edir, amma qanun baxımından məsuliyyət obyekt sahibindədir. Əgər sex tikilirsə, mütləq parkinq sahəsi də olmalıdır, yoxsa bu, yarımçıq iş hesab olunur”.    
Ekspert vurğulayıb ki, polis mütəmadi olaraq ərazidə yoxlamalar aparmalı, sürücülər və obyekt sahibləri inzibati məsuliyyətə cəlb olunmalıdır:
"Bəzən profilaktik söhbətlər problemi həll etmir. Avtomobil sahibi deyir ki, maşın xarabdır və yol kənarında qalmalıdır. Burada əsas günah obyekt sahibindədir. Əgər sex fəaliyyət göstərirsə, parkinq də təmin edilməlidir".(sfera.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 03 Sentyabr 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see255

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see237

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see224

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see222

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see218

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see211

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see201

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see173

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see160

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see155

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see151

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri