Avtomobil yolu olmayan kənd turistlərin sevimli məkanına çevrildi
Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dünyada avtomobillərin səs-küyündən tamamilə uzaq, sakit atmosferi qoruyub saxlayan yerlərin sayı getdikcə azalır. Bununla belə, Niderlandda yerləşən kiçik bir kənd qeyri-adi quruluşu və unikal mühiti sayəsində turistlərin böyük marağına səbəb olur.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, söhbət Niderlandın Overeyssel əyalətində, Amsterdamdan təxminən 120 kilometr məsafədə yerləşən Giethoorn kəndindən gedir. Məlumata görə, kəndin tarixi hissəsində, ümumiyyətlə, avtomobil yolu yoxdur. Burada küçələrin yerini yaşayış evlərini, restoranları, bağları və digər məkanları birləşdirən kanallar tutur. Piyadaların hərəkəti üçün isə kiçik adacıqları birləşdirən 170-dən çox taxta körpü inşa edilib.
Mütəxəssislərin fikrincə, bu qeyri-adi landşaft əsrlər əvvəl torf çıxarılması nəticəsində formalaşıb. Vaxt keçdikcə yaranan su hövzələri kanallara çevrilib və kəndin əsas nəqliyyat şəbəkəsi rolunu oynamağa başlayıb. Məhz bu xüsusiyyət Giethoornu Niderlandın ən maraqlı və sakit istirahət məkanlarından birinə çevirib.
Kəndə gələn turistlərin ən çox seçdiyi fəaliyyət su üzərində gəzintidir. Ən populyar seçim elektrik qayıqlarını icarəyə götürərək qədim ferma evlərini, baxımlı bağları və suyun üzərinə əyilən söyüd ağaclarını seyr etməkdir. Ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin istifadəsi sayəsində kənddə demək olar ki, tam sakitlik hökm sürür və ətraf mühitə zərər minimuma enir. Aktiv istirahəti sevənlər isə kayak, kanoe və ya sapbord (SUP) icarəyə götürərək kanalları fərqli şəkildə kəşf edə bilərlər.
Jurnalistlərin yazdığına görə, kəndin ətrafında yerləşən De Weerribben-Wieden Milli Parkı vəhşi təbiət həvəskarlarının da sevimli məkanıdır. Burada çoxsaylı quş növləri, o cümlədən nadir növlər yaşayır.
Turistlər su marşrutları ilə yanaşı, göllər, bataqlıqlar və yaşıl təbiət ərazilərindən keçən piyada və velosiped yollarından da istifadə edə bilirlər. Giethoorna getməyin ən rahat yolu Amsterdamdan əvvəl qatarla Steenwijk şəhərinə, oradan isə avtobusla kəndə çatmaqdır.
Avtomobillə səfər təxminən bir saat yarım çəkir. Lakin nəqliyyat vasitələri xüsusi dayanacaqda saxlanılmalıdır, çünki kəndin tarixi hissəsinə avtomobillərin daxil olmasına icazə verilmir. Cəmi 2 800-ə yaxın əhalisi olmasına baxmayaraq, Giethoornu hər il təxminən bir milyon turist ziyarət edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 17 İyul 2026 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















