Icma.az
close
up
RU
Avtomobilimizə dəyən hər hansı bir ziyandan necə sığortalanaq AÇIQLAMA

Avtomobilimizə dəyən hər hansı bir ziyandan necə sığortalanaq AÇIQLAMA

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İnsanlar avtomobillərini sığortalamaq üçün kaskoya müraciət edirlər. Kasko, icbari sığorta kimi qəzadan sonra avtonəqliyyat vasitələrinin hissələrinin bərpa edilməsi zamanı meydana gələ biləcək xərclərin ödənilməsinə xidmət edir.

Bəs bu zaman zərərin nə qədər hissəsi mülk sahibinə verilir?

Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı danışan sığorta eksperti Nicat Əlibəyli bildirdi ki, könüllü sığorta növü olan kaskoda avtomobil dəyərində sığortalanır.

"Kasko sığorta avtomobilin könüllü sığortasıdır. Yəni avtomobillərin icbari sığortası kimi məcburi deyil. Mahiyyəti ondan ibarətdir ki, avtomobilimizə dəyən hər hansı bir ziyandan özümüzü sığortalamış oluruq. Avtomobil əgər dəyərində sığortalanırsa, müqaviləyə əsasən franşiza tətbiq olunur. Franşiza azadolma məbləği deməkdir. Yəni sığorta şirkətinin ödəmədiyi bir məbləğdir. Məsələn, deyək ki, avtomobil 50 min manat civarında sığortalanıb və avtomobilin bazar dəyəri də 50 min manatdır, bu zaman avtomobilə 5-10 min manat dəyərində zərər dəyibsə, sığorta şirkəti ödəniş etməmişdən öncə franşizanı çıxacaq. Misal üçün, 10 min ziyan dəyibsə, 500 manat franşiza tətbiq olunubsa, deməli, avtomobilə 9 500  manat ödəniş olacaq".

Ekspertin sözlərinə görə, insanlar sığortaya qəzadan sonra üz tuturlar ki, bu da gec olur.

"Əfsuslar olsun ki, hadisə başımıza gələndə, sığorta yadımıza düşür. Bu dəqiqə insanlar avtomobili sığortalamaqdan qaçırlar. Çox təəssüflər olsun ki, bunun fərqinə çox gec varırıq. Şirkətlərdən asılı olaraq qiymətlərdə fərq var. Hər bir şirkət bəlli tariflər irəli sürülür. O tarif əsasında avtomobil sığorta haqqı müəyyən olunur. Məsələn, sığorta şirkəti 50 minlik avtomobilə 3 faiz, digəri 2.7 faiz tətbiq edə bilər. Bu sığorta şirkətinin özünün andritik, zərərlilik hesablamalarından asılıdır", - deyə Nicat Əlibəyli bildirdi. (redaktor.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:210
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 16 Noyabr 2024 21:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see613

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see324

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see315

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see315

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see307

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see286

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see284

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see280

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see271

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see268

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see250

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see250

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see248

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see243

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see240

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see231

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see230

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see211

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see210

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri