Icma.az
close
up
RU
Avtomobillər niyə qəfil alışır?

Avtomobillər niyə qəfil alışır?

Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bəzən avtomobillərin hərəkətdə və ya dayanmış vəziyyətdə öz-özünə alışıb yanması halları qeydə alınır. Bəs avtomobillər öz-özünə niyə yanır? Hansı növ avtomobillərdə birdən-birə yanma riski yüksəkdir?

Avtomobil ustası Sahil Ağabəyli Metbuat.az-a açıqlamasında bildirib ki, adətən köhnə, 10 ildən artıq istismar olunan və istismar müddəti bitmiş avtomobillərdə yanğın halları daha çox qeydə alınır.

Ustanın sözlərinə görə, yeni avtomobillərdə də bu cür hadisələrə rast gəlinir:

"Yeni maşınlarda yanmanın əsas səbəbi naqil sisteminə və ya yanacaq sisteminə edilən hər hansı müdaxilə ilə bağlı olur. Hazırda yeni nəsil hibrid və ya plug-in hibrid avtomobillərdə də yanma halları müşahidə edilib. Bu, xüsusilə avtomobil ev şəraitində şarja qoşulanda baş verir. Ev elektrik şəbəkəsinin gücü həmin avtomobilin enerji tələbatına cavab vermədikdə naqillərdə həddindən artıq yüklənmə yaranır və nəticədə yanğın baş verə bilir".

S.Ağabəyli qeyd edib ki, bəzən sürücülərin diqqətsizliyi də yanğına səbəb ola bilir:

"Bəzi sürücülər mühərrikxananı təmizləyərkən yağlı və ya benzinin hopduğu əski parçanı mühərrik hissələrinin, məsələn, spariterin yaxınlığına qoyurlar. Həmin parça sonradan qızmış qluşitelin üzərinə düşdükdə yanğın qaçılmaz olur. Yeni nəsil Avro-4 və daha yüksək standartlı dizel avtomobillərində regenerasiya adlı təmizləmə prosesi mövcuddur. Bu proses zamanı qluşitelin temperaturu 300–700 dərəcəyə qədər qalxa bilər. Lakin bəzi ustalar mühərrikxananın kənarında yerləşən istilik qoruyucularını “lazımsız” hesab edib çıxarırlar. Nəticədə regenerasiya zamanı yaranan yüksək istilik mühərrikdəki hər hansı materialı yandırır və avtomobil yanğına məruz qalır".

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 08 Dekabr 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see427

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see338

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see335

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see269

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see266

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see230

Atabank ın dövlətə 200 min borcu qalıb İDDİALAR ONU DEYİR Kİ...

25 Avqust 2026 00:15see216

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see207

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see205

Dünyanın ən gözəl qızının indiki halı FOTOLAR

24 Avqust 2026 20:41see197

Çox şanslı olacaq BÜRCLƏR Onların xüsusi dövrü BAŞLAYIR

25 Avqust 2026 00:02see188

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see184

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see178

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see178

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see173

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see173

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see170

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see168

İt burnunu dişlədi, müalicə olunmasa çürüyəcək VİDEO

25 Avqust 2026 00:52see166

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri