Icma.az
close
up
RU
“Avtomobilsiz gün” tədbirində skuterlərin kilidini açmaq pulsuz olacaq “BOLT”dan KAMPANİYA FOTO

“Avtomobilsiz gün” tədbirində skuterlərin kilidini açmaq pulsuz olacaq “BOLT”dan KAMPANİYA FOTO

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Bakıda "Avropa Mobillik Həftəsi" çərçivəsində “Avtomobilsiz gün” adlı tədbirə artıq start verilib.

Avtosfer.az xəbər verir ki, “Bolt” şirkəti də “Avtomobilsiz gün” layihəsində iştirak edəcək və öz xidmətlərini iştirakçılara təqdim edəcək. Şirkət təqdim etdiyi xidmətlərlə bağlı bildirib ki, sentyabrın 21-I M.Naxçıvani küçəsində baş tutacaq tədbirdə elektrik skuterlərlə bağlı xüsusi kampaniya təşkil olunacaq:

“Kampaniyaya əsasən elektrikli skuterlərin kilidini açma pulsuz, hər dəqiqə isə cəmi 0.08 AZN olacaq.

Statistik məlumata əsasən, Azərbaycanda ümumi avtomobil sayı orta hesabla 2 milyon təşkil edir. Bunun təxminən 50%-i, yəni 900 min-1 milyon avtomobil Bakıda qeydiyyatdadır və ya istifadə olunur. Son illərdə avtomobil sayında davamlı artım müşahidə olunur: 2010-cu illərlə müqayisədə paytaxtdakı avtomobillərin sayı iki dəfəyə yaxın artıb. Bu artım əhali sayının və urbanizasiyanın çoxalması, şəxsi avtomobilə olan tələbatın yüksəlməsi, ikinci əl avtomobil bazarının genişlənməsi, həmçinin kredit və lizinq xidmətlərinin əlçatan olması ilə bağlıdır. Hazırda avtomobillərin 90 faizini şəxsi minik avtomobilləri, 5–7%-ni taksilər və ictimai nəqliyyat, 3–5%-ni isə yük və kommersiya avtomobilləri təşkil edir.

“Car Free Day” günündə hər kəs şəxsi avtomobilini evdə saxlayaraq, şəhərdə daha davamlı və ekoloji təmiz hərəkət vasitələrini – skuter, velosiped, ictimai nəqliyyat və ya piyada gəzintini seçməklə həm tıxacların, həm də havanın çirklənməsinin azalmasına öz töhfəsini verə bilər.

"Bolt"un missiyası – “Şəhərlər insanlar üçündür, avtomobillər üçün deyil”.

“Bolt” inanır ki, davamlı şəhər nəqliyyatı insanların gündəlik həyatının ayrılmaz hissəsi olmalıdır. Şirkətin təklif etdiyi skuter, velosiped və digər mikromobil xidmətlər avtomobil sıxlığını azaldır, havanın çirklənməsinin qarşısını alır və hər kəs üçün daha əlçatan hərəkət imkanı yaradır.

“Bolt”un Mikromobillik Meneceri Elnur Hacılı bildirir ki, “Car Free Day” yalnız bir günlük tədbir deyil, daha böyük bir ideyanın təcəssümüdür – şəhərlər insanlara qaytarılmalıdır. Biz “Bolt” olaraq inanırıq ki, mikromobil həllər nəqliyyatı daha dayanıqlı, ətraf mühiti isə daha təmiz edəcək. 21 sentyabrda hər kəsi avtomobilləri kənara qoymağa və şəhərin azad küçələrindən zövq almağa dəvət edirik.

Avtomobilsiz gün ekologiya üçün əhəmiyyətlidir, çünki avtomobillərin tullantıları havanı çirkləndirir və iqlim dəyişikliyini sürətləndirir; şəhər həyatı üçün vacibdir, çünki avtomobil sıxlığı səs-küy, stress və vaxt itkisinə səbəb olur; insanlar üçün isə önəmlidir, çünki avtomobillərin çoxluğu küçələri insanlardan alır və piyada ilə velosipedçilərin təhlükəsizliyini azaldır. “Car Free Day” şəhərlərdə təmiz hava, daha az səs-küy və daha çox insan dostu məkan deməkdir.

21 sentyabr “Car Free Day” münasibətilə “Bolt” hər kəsi maşınını evdə saxlamağa və şəhərdə hərəkətin daha ağıllı, sürətli və ekoloji yolunu seçməyə dəvət edir; bu xüsusi gündə “Bolt Scooter”larla səyahət həm daha sərfəli, həm də daha əyləncəlidir, çünki kilid açma pulsuz, hər dəqiqə isə cəmi 0.08 AZN-dir – gəl, sən də bizə qoşul və şəhəri tıxacdan və havanın çirklənməsindən azad etməyə töhfə ver”.

Səfər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 19 Sentyabr 2025 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri