Avtoritetlərin DAVASI: Kriminal aləmin Yeni Qulisi ni bıçaqlayıb dənizə atdılar
Icma.az, Lent az portalına istinadən məlumat verir.
"Qanuni oğru"nun Abxaziyaya dəvətsiz səfəri acı sonluqla nəticələnib.
Lent.az xəbər verir ki, iyulun 6-da “həmkarları” ilə birlikdə yaxtaya mindikdən sonra, 46 yaşlı Suxumi sakini “Quli” ləqəbli Temur Kapba Respublika Xəstəxanasına yerləşdirilib.
Məlumata görə, gərgin söhbət zamanı Quli “Pıza” ləqəbli Raul Bartsbanı “fahişə” adlandırıb və bıçaqla ona zərbə endirib. Nəticədə Kapbanın özü döyülüb, bıçaqlanıb və gəmidən dənizə atılıb.
Yada salaq ki, Kapba bu ilin mayında Pızanı nüfuzdan salmaq üçün Abxaziyaya qayıdıb.
Eyni zamanda, Şakro 2023-cü ilin noyabrında Qulini “oğru” kimi tanımadığını bildirib. Bundan əvvəl Temur düz 10 il idi ki, “oğru” adını daşıyırdı.
Qeyd edək ki, Temur Kapba mərhum azərbaycanlı “qanuni oğru” Lotu Qulinin yaxın adamlarından olub. Lotu Qulinin qətlindən sonra onun klanının böyük hissəsi qardaşı Namiq Səlifovun ətrafında birləşib. Lakin Temur Namiqin himayəsindən kənarda qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 09 İyul 2025 17:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















